Hazırki dövrdə fermer və taxıl istehsalı ilə məşğul olan digər özəl  təsərrüfatların öz istehsalları hesabına özlərini toxumla təmin etməklə yanaşı, həm də toxum istehsalını  genişləndirərək  kənar təşkilatlara  toxum satışını təşkil etməsi və öz iqtisadi vəziyyətlərini  yüksəltməsi  əsas şəriitdir.

Göstərilən məqsədə çatmaq üçün ailə-kəndli təsərrüfatı üzvlərinin və digər sahibkarların (fermerlərin) istehsal etdiyi toxum materialı Dövlət Standartının tələbinə cavab verməlidir. Buna isə toxumluq əkinlərinin aprobasiyası yolu ilə nail olmaq olar. 

Aprobasiyanın lüğəti mənası  “bəyənmə”, “təsdiqetmə” deməkdir. Aprobasiya zamanı  cinsinə və səpin keyfiyyətinə görə standartın tələblərinə cavab verən, rayonlaşdırılmış ən yaxşı seleksiya və yerli sort əkinlərinin toxum üçün yararlılığı, yəni əkinlərdəki sortların keyfiyyəti qiymətləndirilir (əkinlərin sort təmizliyi, xəstəliyə yoluxması, ziyanvericilər tərəfindən zədələnməsi və alaqlanma dərəcəsi) və təyin edilir. Toxumluq sahələri aprobasiya etmək üçün əvvəlcə əkinlərin hansı toxumlarla aparılmasını təsdiq edən sənədlər – aprobasiya aktı, sort vəsiqəsi, toxum üçün şəhadətnamə, attestat və s. sənədlər olmalıdır. Aprobator sahəyə baxış keçirərkən məhsuldarlığı, sahənin alaq otları, xəstəlik və ziyanvericilərlə sirayətlənmə dərəcəsini gözəyarı təyin etməlidir. Lazım gələrsə növ və sort alağı edilməlidir. Yumşaq buğda ilə bərk buğda arasında təcrid məsafəsi 200 metrə qədər olmalıdır.

Dənli bitkilərin aprobasiyasına dənin mum yetişkənliyinin başlanğıcında başlanmalıdır. Bu məqsədlə sahənin dioqanalı istiqamətində hərəkət edən aprobator bərabər ara məsafəsindən (təqribən 10 nöqtədən), toxumluq təsərrüfatlarında hər 450 hektardan böyük olmayan sahədən iki, ümumi sort əkin sahələrindən isə bir aprobasiya dərzi götürməlidir. Götürülən gövdələr biçilmədən kökündən çıxarılmalıdır. Bu zaman hər bir dərzdə əsas sortun gövdələrinin sayı ən azı 1500 ədəd olmalıdır. Aprobator tərəfindən aprobasiya dərzlərinə sahənin və bitkinin adını, sortunu, reproduksiyasını, əkin sahəsini, dərzin götürülmə vaxtını bildirən yarlıq (etiket) bağlanılmalı və ən geci 1-2 gün ərzində təhlil edilməlidir.

Əkinlərin çətin ayrılan alaqlarla (buğda-tülküquyruğu, suriya başçığlı alağı, göygöz, siçanotu və tatar qarabaşağı; arpada tülküquyruğu, suriya başçılığı alağı, siçanotu və s.) zibillənməsi 3 faizdən artıq olduqda həmin sahələr toxum üçün yararsız hesab edilir. Elit buğda əkinlərində bərk sürmənin olması yol verilməzdir. Toz  sürmənin isə maksimum 0,1 faiz və birinci reproduksiyalı toxumlarda isə bərk sürmə 0.1 faiz və toz sürmə isə 0.3 faiz olmalıdır.

Səpin aparılmazdan əvvəl sahə bitki qalıqlarından təmizlənməli və lazımi dərinlikdə şum çıxarılmalıdır.  Çıxarılmış şuma uyğun olaraq sahələrə ağır və ziqzaq mala çəkilərək səpinə hazırlanır.

Səpinin düzgün və vaxtında aparılması buğdanın məhsuldarlığına təsir edən ən vacib amillərdən biridir. Belə ki, bitkinin xəstəliklərə tutulması, zərərvericilərlə sirayətlənməsi və dənin yetişmə vaxtı səpin müddətindən asılıdır. Optimal müddətlərdə səpilmiş sahələrdə bitkilər şaxta düşənə kimi güclü rüşeym və yan kökləri əmələ gətirir və kollanır. Belə bitkilər qışın əlverişsiz hava şəraitinə də davam gətirə bilir.

Səpin müddətinə görə əsas taxılçılıq zonalarını şərti olaraq 3 qrupa bölmək olar:

  • Dağlıq zona (səpin sentyabrın 1-dən 20-dək)
  • Dağətəyi zona (səpin sentyabrın 25-dən oktyabrın 10-dək)
  • Aran zona (səpin oktyabrın 10-dan 25-dək)

Gələcək məhsulun əsası toxum materiallarının sağlam olmasından çox asılıdır. Toxumla keçən xəstəliklərin əksəriyyəti, xüsusilə də bərk və toz sürmə məhsula daha çox (15-20 %-ə qədər) ziyan vurur. Ona görə də səpinə 3-4 gün qalmış toxumu 75%-li vitavaks (3 kq/ton), qranozan (1,0-1,5 kq/ton), 80%-li vitaturan (2-3 kq/ton), Bayleton və sair preparatlarla dərmanlamaq lazımdır. Son illər toxumun dərmanlanmasında 60%-li raksil (100 qram/ha), divident (0,5 kq/ha) preparatından istifadə olunur.

Taxıl bitkilərinin səpin norması səpin müddətindən, 1000 ədəd dənin kütləsindən, toxumun təmizliyindən, torpağın münbitliyindən, toxumun cücərmə qabiliyyətindən, sortun bioloji xüsusiyyətlərindən, səpin üsulundan asılıdır.

Gecikmiş səpinlərdə, nəmliklə az təmin olunmuş torpaqlarda səpin norması 10-15% artırılmalıdır.

Respublikanın bütün suvarılan və nəmliklə yaxşı təmin olunmuş zonalarında buğda sortlarından hər hektara 4.5-5.0 milyon, nəmliklə az təmin olunmuş Naxçıvan MR-da 4.0-4.5 milyon, Şəki-Zaqatala zonasında, dəmyədə 3.5-4.0 milyon cücərən toxum səpilməlidir.

Dənin iri və xırda olmasından, torpağın mexaniki tərkibindən, rütubətliliyindən və sair amillərdən asılıdır. Yüngül torpaqlarda toxumlar dərin (5-6 sm) basdırılır. Suvarılan torpaqlarda toxum dayaz, dəmyədə isə dərin basdırılmalıdır.

Suvarılan zonalarda dənli bitkilərdən yüksək məhsul almağın şərtlərindən biri də optimal suvarma rejiminə (suvarma norması, vaxtı, ümumi vegetasiya suvarmaların cəmi) əməl edilməsidir.

Taxılın arata səpilməsi səpsuvara nisbətən məhsuldarlığı xeyli artırır, sahədə alaq otlan nisbətən az olur.

Səpsuvar edilərkən bir hektar sahəyə 1000-1200 kub metr su sərf olunur. Vegetasiya suvarmalarının hər birinin norması 800-1000 kub metrdir (əvvəlki suvarmadan (səpsuvarda) torpaqda artıq müəyyən dərəcədə nəmlik yarandığına görə, vegetasiya suvarmasının da norması aşağı düşür, yəni əvvəlki suvarmaya nisbətən sonrakı suvarmada torpaq az su tələb edir).

Bu məqsədlə herbisidlərdən istifadə edirlər. Taxılçılıqda erkən yazda, havanın temperaturu 8-12°S-dən yuxarı  olduqda və sahələrdə şeh çəkiləndən sonra dərmanın çilənməsi yaxşı nəticə verir. Əsasən 2,4 (amin duzu) herbisidindən (1,5-2 kq/ha) istifadə olunur. Herfaisid yerüstü çiləyicilərlə hektara 200-400 L su norması hesabı ilə çilənir. Son illər Dialen (1,75-2.5 l/ha), Lintur (0,13-0,181/ha), (0,30-0,35 1/ha), Banvel (0,15-0.251/ha) kimi yeni herbisidlərdən də istifadə edilir.

Taxıl əkinlərinə geniş yayılan zərərvericilərdən zərərli bağacıq, taxıl böcəyi və sair,  xəstəliklərdən isə pas (qonur, sarı), habelə sürmə (bərk və toz) daha çox ziyan vurur.

Zərərvericilərdən olan zərərli bağacıq, taxıl böcəyi, mənənə, zəlicəyə qarşı Karate (0,15-0,20 1/ha), Sumi-alfa (0,2-0,3 1/ha), Bi-58 (0,9-1,5 1/ha), Buldok (0,25 1/ha) preparatlarından istifadə edilir. Bu zaman işçi məhlulu hektara 200-300 litr hesabı ilə götürülür.

Sürmə və pas xəstəliklərinə qarşı Topsin-M (1,0-1,5 kq/ha), Bayleton (0,5-1,0 kq/ha), Polikarbatsin (5 kq/ha) preparatlarından istifadə olunması məsləhət görülür.

Məhsuldarlığının  artmasında gübrələrin tətbiqi mühüm tədbirlərdən biridir. Taxıl əkinlərinə gübrə verilərkən aqrokimyəvi kartoqramlarda göstərilən normalara əməl etmək və taxılın sələf bitkilərini də nəzərə almaq lazımdır.

Taxılçılıqda əsasən mineral və üzvi (peyin) gübrələrindən istifadə olunur.

Yadda saxlamaq lazımdır ki, fosfor və kalium gübrələrinə nisbətən azot gübrəsi məhsuldarlığa və dənin keyfiyyətinə daha çox təsir göstərir. Taxıldan sonra təkrar taxıl səpinlərində azotun norması artırılmalıdır.

Hündür boylu buğda sortlarına təsiredici maddə hesabı ilə hektara 60-80 kq, ortaboyluya 80-90 kq, alçaqboyluya isə 100-120 kq azot, 90 kq fosfor  və kalium gübrəsinin verilməsi məsləhət görülür.

Mineral gübrələrin baha və çətin əldə olunduğu şəraitdə torpaq mülkiyyətçiləri və fermerlər öz şəxsi təsərrüfatında olan üzvü gübrələrdən (peyin- hektara 20 ton hesabı ilə) istifadə etmələri iqtisadi cəhətdən daha sərfəli və səmərəli olar.

Bu işdə mülkiyyətçilərin ən mühüm vəzifəsi yetişdirilmiş məhsulu qısa müddətdə, itkisiz yığmaqdan ibarətdir. Bunun üçün kompleks hazırlıq işləri görülməlidir. Texnika saz hala gətirilməli, xırman və anbarlar təmizlənməli, anbarlar dezinfeksiya olunmalı, məhsulun dəqiq uçotu aparılmalıdır.

Taxılın saxlanılmasında onun rütubətliyi 14%- dən yuxarı olmamalı, saxlanılan yer quru olmalıdır.

Hündürlükdə və yüksək rütubətlilikdə saxlanılan taxıl öz-özünə qızışma əmələ gətirir. Taxılın keyfiyyətli saxlanılması üçün normal temperatura ciddi riayət olunmalıdır.

Ailə-kəndli təsərrüfatı üzvləri və digər sahibkarlar (fermerlər) çəltik əkini üçün dərin dondurma şumu etməlidir.

Dondurma şumu oktyabr ayında başa çatdırılmalıdır. Dondurma şumu erkən yazda aparılmalı və səpin qabağı isə pərşum edilməlidir. Sonra ləkləri hazırlamaq, onları hamarlamaq, tirləri düzəltmək və sahəni tam səpinə hazır vəziyyətə gətirmək lazımdır.

Səpin qabağı toxum tam təmizlənməlidir, cücərmə faizi yoxlanmalıdır. Əllə səpin aparıldıqda səpin qabağı çəltik toxumları isladılır və cücərdilərək əllə səpilir

Çəltik əkini üçün may ayının 5-25-i cənub (Lənkəran-Masallı) zonasında, 10-25-i  arası isə şimal-qərb (Şəki-Zaqatala)  zonasında ən yaxşı dövr hesab olunur. Çəltiyin səpin norması bir hektara 140-150 kq olması məsləhətdir. Yerli şəraitə görə bu norma 10-15 faiz azaldıla, ya da artırıla bilər.

Çəltik istisevər bitkidir. Toxumun cücərmədən kollanmanın axırına qədər olan dövrü 30-32 günə başa çatır. Kolanmanın sonundan çiçəkləmənin axırına qədər 22-25 gün çəkir. Sütül və mum yetişkənliyi 20-250 temperaturda 18-20 gün, mum yetişkənliyin axırından tam yetişkənliyin axırınadək 16-18 gün çəkir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115-135 gündə başa çatır.

Çəltik iki üsulla: toxum səpilməsi və şitillə əkilir. Relyefi düz olan, sututar ləkləri iri olan sahələrdə toxumsəpən texnikalar ilə səpinin keçirilməsi düzgündür. Şəki-Zaqatala zonası üçün əl ilə səpin aparılması praktikada özünü doğrultmuşdur.

Bu qaydada aparılan səpində toxumlar torpaqda qida sahəsinə bərabər paylanır və toxum itkisinə yol verilmir, qənaət olunur.Səpin zamanı toxumlar 1,5-2 sm dərinliyə basdırılmalıdır.Çəltiyin şitil üsulu ilə yetişdirilməsi əsasən cənub (Lənkəran-Masallı) zonasında tətbiq edilir. Çəltik çitili xüsusi şitilliklərdə (tumçarlarda) yetişdirilir.Tumçarlarda toxum aprelin birinci yarısında, torpaqda temperatur 10-120 suda isə ən azı 14-150 olduqda səpilməlidir. Çəltik şitilləri tumçarlardan may ayının əvvəllərində kvadrat-yuva üsulu ilə əkilir. Bu zaman 15x15 sm sxemi ilə hər yuvaya 4-5 bitki əkilməlidir.Əməliyyat əl ilə aparılır. Şitillərin boyu 15-17 sm olur.

Çəltiyin suvarılmasında daimi suya basdırma, qısamüddətli suya basdırma və çəltiyi suya basdırmadan dövrü suvarma üsulları vardır.Şəki-Zaqatala zonasında daimi suya basdırma, Lənkəran-Masallı zonasında isə şitil əkinində qısamüddətli suya basdırma üsulu üstünlük təşkil edir.

Çəltik sahələrində əkin dövriyyəsinin tətbiqi torpağın strukturunu yaxşılaşdırır, alaqlara qarşı mübarizəni asanlaşdırır və məhsuldarlığı artırır. Bu sahədə aparılmış elmi-tədqiqat işlərinə və qabaqcıl təcrübəyə əsaslanaraq çəltikçiliklə məşğul olan fermer təsərrüfatı üçün aşağıdakı əkin dövriyyəsi sxemini tövsiyə edirik:

1-ci tarla- paxlalı bitkilər və ya yonca;

2-ci tarla –paxlalı bitkilər və ya yonca;

3-cü tarla –çəltik;

4-cü tarla –çıltik;

5-ci tarla  –qarğıdalı;

6-cı tarla –payızlıq dənli bitkilər.

Bu sxem üzrə iki il ərzində becərilən paxlalı bitkilər və ya yonca tarlada torpaq strukturunun yüksəldilməsi və torpaqda qida maddələrinin toplanmasına səbəb olur. Əkin sahəsi az olan yerlərdə 5-ci və yaxud 6-cı tarlanı ixtisara salmaq olar. Bununla belə, paxlalı bitkilər, yonca və digər sələf bitkiləri çəltik üçün spesifik alaqların, xüsusilə suluf və ona bənzər başqa otların məhv edilməsinə səbəb olur.

Birinci: çəltiyin cücərməsindən kollanmaya qədər olan dövründə torpaqda yüksək rütubətə nail olub,

əkin suya basdırılmalıdır.

İkinci: kollama fazasından mum yetişkənliyi fazasına qədər tarlalar suya basdırılmalıdır. Çalışmaq

lazımdır ki, su qatı 5-10 santimetrdən qalın olmasın.

Çəltiyin mum yetişkənliyi dövründə su tədricən kəsilir və tarlanın rütubət tutumu 70%-ə qədər

qurudula bilər. Bu, məhsulun miqdarını azaltmır. Çəltik tarlalarında alaq otlarına qarşı daim mübarizə

aparılmalıdır.

Kollanmanın aparılması dövrü hər hektara 150-160 kq azot və 70-80 kq superfosfat gübrəsinin

verilməsi məhsuldarlığı artırır. Gübrə səpini dövrü 3-5 gün ləklərdə suyu saxlamaq lazımdır.

Yığımdan 12-15 gün qabaq zəmidən su kənar edilməlidir. Sünbüllər 80-90 faiz saraldıqda biçin başlayır.Yaxşı quru havada biçin 2-3 gün sərili qalır, qurudulur. Sonra dərzlərə bağlanmalıdır və çəltiyin döyülməsi 6-7 gündən sonra başlanmalıdır. Geniş sahələrdə məhsul yığımı taxıl kombaynları ilə həyata keçirilir. Çalışmaq lazımdır ki, məhsul itkisinə yol verilməsin. Çəltik dəni saxlanılan anbarlarda rütubət 13-14%-dən artıq olmamalıdır.

Toxumu  dərmanlamaq üçün Vitovaks, Raksil, Topsin və s. peraparatlardan istifadə olunur. Quru üsulla dərmanlama aparmaq üçün  toxum  brezentin  üstünə nazik halında sərilir və onun  üstünə 1 ton toxum 0,5-2,0 kq hesabı ilə toz formalı  dərman səpilir və bir neçə dəfə  qarışdırılır ki, dərman bütün  toxuma yaxşı dəysin.  Dərmanlamanı  səpinə 1-2 ay  qalmış aparmaq olar.  Sonradan toxum kisələrə  yığılıb səpinə qədər quru  və dezenfeksiya olunmuş  binada saxlanılır. Toxumu nəmləndirmək üsuli ilə  dərmanlamaq üçün  1  ton  toxum üçün  1,5-2,0 kq  pereparat götürülür.  Toxum səpinə 2-3 gün qalmış  hissə-hissə  nəmləndirilir. 

Bu məqsədlə 1 ton toxum  bpezentin üstünə  sərilir  və ciləyici vasitəsilə  işçi məhlula toxum nəmləndirilir. İstər maşın, istərsə də adi  üsulla nəmləndirilmiş toxum 2 saat  saxlanılır və  sonradan  çardaq altında, kölgədə nazik  qat halında sərilir və  normal (14%) nəmlik alana qədər qurudulur.

Dağlıq zonalarda səpin sentyabrın 1-dən 20- dək.

Orta dağlıq zonalarda sentyabrın 25- dən oktyabrın 10-dək

Aran zonalarda isə oktyabrın 20-dən noyabrın 10-dək səpin aparılması tövsiyə olunur. Əvvəlcə sırf payızlıq yumşaq buğdalar, sonra isə arpa, iki xassəli (payızlıq-yazlıq) yumşaq və bərk buğda sortları  səpilməlidir

Sortun növündən,  torpağın  münbitliyindən, sahələrə gübrə  verilməsindən, dənin  mütləq çəkisindən, zonanın torpaq-iqlim şəraitindən, səpin müddəti və  üsulundan asılı olaraq  təyin edilir. Suvarılan torpalarda bir hektara cücərən dən  hesabı ilə 4,5-5,0  milyon  buğda dəni, 3,5-4,0 milyon  arpa dəni,  dəmyə  torpaqlarda isə 3,5-4,0 milyon  buğda dəni, 2,5-3,0 milyon arpa dəni səpilməlidir. Bu məqsədlə rayon toxum müfəttişliyinin toxumun keyfiyyəti barədə verdiyi sənətdən asılı olaraq bir hektara buğda toxumu 200-230 kq, arpa toxumu 160-180 kq-a qədər səpilə bilər. Toxum aşağı normada səpildikdə sahədə seyrəklik olur və alaqlar üçün şərait yaranır.

Toxum normadan  artıq səpildikdə isə sahədə  bitkilər sıx bitər  və bir-birinə  kölgə salar,  torpaqda su və  qida maddələrinin  çatışmazlığı  baş verər, əkin  xəstəlik  və ziyanvericilərlə  sirayətlənər və  taxılın  məhsuldarlığı  kəskin azalar.

Suvarılan torpaqda toxumun düşmə dərinliyi 3-4 sm, dəmyə torpaqlarda,  4-5 sm, nəmliklə az təmin olunan torpaqlarda 7-8 sm ola bilər.

Səpindən əvvəl sahələr səpinqabağı becərilməlidir. Becərmənin əsas mahiyyəti ondan ibarətdir ki, sahədə cücərmiş alaq otları məhv edilir. Iri kəltənlər dağıdılır. Kipləşmiş torpaq qatı yaradılır. Toxumun üstünü basdırmaq üçün yumuşaq torpaq qatı əmələ gətirilir.

Səpini qısa müddətdə  başa çatdırmaq lazımdır. Əgər eyni  toxumsəpənlə  bir necə sort  səpiləcəksə, belə halda bir sortu  sərib qurtardıqdan sonra səpici  aqreqat tam  təmizlənməli və  ikincisinin  səpininə  başlanılmalıdır.

Səpindən  sonra sahələr  dərhal  suvarılmalı  və  digər  aqrotexniki  qulluq işlərinə  başlanmalıdır.

Beləliklə, taxıl istehsalı ilə məşgul olan fermerlərin istehsal  etdikləri məhsulun maya dəyərinin aşağı düşməsi və hektar üzrə məhsuldarlığı yüksəlmək işində özlərinə öz istehsalları hesabına toxum fondu ayırmaları vacibdir.

Hər il praktiki olaraq bütün təsərrüfatlarda kövşənliklər yandırılır. Bu zaman əmələ gələn tüstü atmosfer havasını güclü çirkləndirir. Yandırılmış kövşənliyin hər 1000 hektarından atmosferə 500 kq azot oksidləri, 3 ton kül, 20 ton karbon və dəm qazları ayrılır. Yandırılan bitki qalıqları ilə birlikdə bütöv biosenozlar məhv edilir, torpağın humus qatı  itirilir. Torpağın üst qatında onun itkisi biçilmiş qalıqların yandırılması zamanı hər hektarda 1,3 t təşkil edir. İtirilmiş humusun bərpasından ötrü isə torpağın hər hektarına 13 ton üzvi gübrələr verilməlidir.

İndi torpaqlarda  humusun miqdarı 20 il bundan əvvəlki məlumatlarla müqayisədə xeyli kasadlaşmışdır. Münbit torpaqların       deqradasiya prosesləri səngimir. Kövşənliklərin yandırılması ilə dövlətin əsas və əvəzedilməz sərvətinə daha çox zərər vurulur. Bunu yağış qurdunun misalında da görmək olar. Onlar bitki qalıqlarıın və digər üzvi maddələri (peyin, ağac qabığı sənaye tullantıları) emal edir və torpaqda humusun yaranmasına səbəb olur.

Kövşənliyin yandırılması  həm də üzvi kütlənin və faydalı canlı orqanizmlərin, o cümlədən yağış qurdlarının kütləvi surətdə məhvinə, həm də torpağın strukturunun pozulmasına (sıxlaşmasına) səbəb olur.

Hesablamalar göstərir ki, payızlıq buğda kövşənliyinin yandırılmasında torpağın hər hektarında üzvi maddəsinin və səth qatının elə miqdarı məhv edilir ki, onun əvəz olunmasından ötrü torpağın hər hektarına  təxminən 15 ton peyin verilməlidir. Rotasiya ərzində 9-10 bitkili əkin dövriyyəsində kövşənliyin yandırılması  nəticəsində təsərrüfatlar da hər hektar şuma 4-5 ton peyin daşınması və verməsinə çəkilən illik əmək də məhv edilir. Hər il Azərbaycanda kövşənliklərin təqribən 40%-i yandırılır. Bu zaman meşəqoruyucu zolaqlar da yanır, çoxlu miqdarda quş, kirpi, dovşan və digər heyvanlar da məhv olur. Torpağa düzəlməz ziyan vurulur: münbit qat məhv olur, məhsuldarlıq azalır.

- Kövşənliyi külə çevirən sahibkarlar gələcək məhsulu məhv edirlər. Əslində yanan kövşənlik deyil, bizim sabahkı çörəyimizdir. Bir çoxları düşünürlər ki, kül tarlanı yaxşı gübrələyir və ona görə də mineral və üzvi gübrələrə qənaət olunur. Lakin yanılırlar və ziyandan başqa heç bir mənfəət əldə etmirlər.

Azərbaycanda bəzi təsərrüfatçılara elə gəlir ki, kövşənlikləri yandırma «ziyanvericilərin və xəstəliklərin kökünü kəsməyə» kömək edir və «bu üsul tarlaları təmizləmənin ən başa gələn sadə yoludur».

Bu üsul həqiqətən sadədir, amma ətraf mühitə düzəlməz zərər vurur. Tarlalarda mikroflora məhv edilir, torpaqda münbit qat-humus toplanması dayanır, atmosfer havası kövşənliyin yanmasından zərərli məhsullarla çirklənir, yaxındakı meşə zolaqlarında ağaclar və xeyirl Mütəxəssislərin fikrincə kövşənliyin yandırılması təbiətin mühafizə qanunvericiliyinin pozulması deməkdir. Respublikamızdakı mövcud qanunvericiliyə uyğun olaraq, hüquqi və fıziki şəxslər «kövşənliklərin, çəmənliklərin, otlaqların yabanı bitkilərin, sahəsini, yaxud onların qalıqlarının dəmir yol və avtomobil yolları kənarlarında yandırılmasına görə məsuliyyət» daşıyırlar, ekolojı xidmətlərin icazəsi olmazsa, müvafiq miqdarda cərimə ilə cəzalandırılırlar.

 

Torpağın tərkibinin yaxşılaşdırılmasının səmərəli üsulları mövcuddur:  Humusun nə olduğunu hamı bilir. Bu, bitkini (toxumu) qidalandırmağa qabil olan üzvi maddədir.

Toxum yeni bitki, yeni bitki isə nemət verir. Lakin bitkini (toxumu) yemlədikdə humus qatı kasıblaşır. Belə ki, bitki ondakı qida maddələrini, yəni azotlu, fosforlu, kaliumlu, kalsiumlu, maqneziumlu qida maddələrini öz inkişafına sərf edir. İtkinin yerini doldurmaqdan ötrü torpağa mineral və üzvi gübrələr verilməlidir. Bu gün onlar çox bahadır.

Odur ki, bitkilərin qidalanması üçün yeganə əlverişli və sərfəli vasitə, yaxud mənbə qalır ki, o da üzvi və mineral maddələrlə yanaşı digər kövşənlik və digər bitki qalıqlarıdır ki, onların minerallaşması nəticəsində torpaq üzvi maddələrlə zənginləşir.

Payızlıq dənnli bitkilər yığılan kimi sahə diskli malalarla 8-10 sm dərinlikdə üzlənir, 20-30 gün keçdikdən sonra ön kotancıqlı kotanla 25-27 sm dərinlikdə şum edilir.

Əgər qarğıdalı gecyığılan sələflərdənn sonra səpilərsə, bu zaman ddiskli mala ilə kök və gövdə qalıqları xırdalanmalı və sahə 27-30 sm dərinlikdə şumlanmalıdır.

Payızda torpağıın dərin şumlanması alaq bitkilərinin məhv olması ilə yanaşı, qar sularından əmələ gələn rütubəti özündə saxlayır, zərərverici və xəstəliklərin qarşısını qabaqcadan alır.

Yazda sahəyə çıxmaq mümkün olduğu vaxtdan başlayaraq 10-12 sm dərinlikdə birinci, qarğıdalı toxumu səpilməzdən qabaq isə 8-10 sm dərinlikdə ikinci kultivasiya  çəkmək lazımdır.

Qarğıdalı qida maddələrinə tələbkar bitki olduğundan vegetasiya müddətində torpaqdan qida alır.

Qarğıdalı inkişafının ilk dövrlərində azot və fosfora qarşı daha çox tələbkar olur və azotu fosfora nisbətən daha çox mənimsəyir.

Ümumiyyətlə, dən almaq məqsədilə əkilən qarğıdalı sahəsinin hhər hektarına təsiredici maddə hesabı ilə  120 kq azot, 150 kq fosfor və 90 kq kalium verilməlidir. Gübrələrin mənimsənilmə əmsalını yüksəltmək və vahid gübrə miqdarına düşən məhsulu artırmaq məqsədilə onların torpağa verilməsinə düzgün əməl olunmalıdır.

Qarğıdalı bitkisinin qida maddələri ilə təmin olunmasında mineral gübrələrlə yanaşı, üzvi gübrələrin, xüsusən də peyinin rolu  daha çoxdur.

Suvarma zamanı sahəyə peyin şirəsinin verilməsi bitkilərin qida ilə təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

Şəraitindən asılı olaraq qarğıdalı səpini müxtəlif vaxtlarda aparılmalıdır. Çox erkən yazda qarğıdalını soyuq torpağa səpmək olmaz. Ona görə ki, soyuq torpağa səpilən toxumların cücərmə qabiliyyəti azalır, dənlər şişir və temperatur çatışmadığından cücərti vermir. Belə şərait isə alaq otlarının daha tez inkişaf etməsinə və sahələrin alaq otları ilə örtürülməsinə gətirib çıxarır.

Şəki-Zaqatala bölgəsi üçün qarğıdalı səpininin ən optimal müddəti aprel ayının sonu və may ayının əvvəli sayılır.

İlin gəlişindən asılı olaraq səpin müddətlərində müəyyən dəyişikliklər ola blər ki, bu da hava şəraitinin dəyişməsi ilə əlaqədardır.

Yaxşılaşdırılmış Zaqatala, Zaqatala-68 və Zaqatala-514 sortlarının dən üçün səpini zamanı norma 1000 ədəd dənin kütləsi hesabı ilə götürülür. Bu zaman səpin norması 18-22 kq arasında təşkil edir. Yadda saxlamaq lazımdır ki, səpin zamanı səpin üsulu və ya qida sahəsi gözlənilməlidir. Səpin cərgəarası 70 sm, bitkiarası 30 sm olaraq aparıldıqda daha çox səmərəli olur.

Səpindən sonra bitkilərə qulluq işləri, bu işlərin müddəti və üsulu torpağın tipi, mexaniki tərkibi, sahənin alaqlanma dərəcəsi və bitkilərin bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır.

Qarğıdalı əkinlərinə elə qulluq ettmək lazımdır ki, torpaqda lazımi qədər istilik, hava, rütubət və həll olunmuş qida maddələri olsun.

Qarğıdalı əkinlərinin ilkin becərilməsi xüsusi əhəmiyyətə malikdir. Becərmə mexanikləşdirilmiş və əl üsulu ilə aparılır.

Cərgəarasını kultivasiya çəkdikdən sonra əl ilə becərmə və seyrəltmə aparılmasının  xüsusi əhəmiyyəti danılmazdır.

Belə ki, yenicə inkişaf etməyə başlayan qarğıdalı bitkisinin diblərinin yumşaldılması, alaq otlarının məhv edilməsi, bitki çox düşən sahələrdə seyrəltmənin aparılması, boş qalmış ərazilərdə əlavə səpin aparılması bol məhsulun bünövrəsini qoyur.

Qarğıdalı bitkisinə 2-3 dəfə su vermək və bir o qədər də kultivasiya çəkmək lazımdır. Birinci kultivasiya 8-10 sm, ikinci 6-8 sm, üçüncü isə 5-6 ssm dərinlikdə aparılmalıdır.

Şıqqıltaq böcək (Elateridae), yalancı məftil qurdları (Fenebrionidae), gövdə kəpənəyi (Ostrinia nubilalis Hb-İ), çəmən kəpənəyi (Pyraysta sticticalis L), danadişi, payızlıq  sovka, mənənə və sair  həşəratlar qarğıdalı bitkisinin zərərvericiləridir.

Qovluqlu sürmə, tozlu sürmə, qonur ləkə, gövdə və kök çürümələri, fuzarioz, ağ çürümə və digərləri qarğıdalının xəstəlikləridir.

Qarğıdalı bitkisinin zərərverici və xəstəkilərinə qarşı mübarizə tədbirləri sahənin seçilməsi və keyfiyyətli toxumun əldə edilməsindən başlayır. əgər mübarizə kompleks halında aparılmazsa, bu zaman istənilən nəticəyə nail olmaq qeyri-mümkündür.

Son vaxtlar qarğıdalı bitkisinin zərərverici və xəstəliklərinə qarşı mübarizə aparılarkən ən çox yayılan “Lintur” və “Karate” preparatlarından daha çox istifadə olunur.

Dən məqsədilə  yığılan məhsulun tərkibində nəmlik 28-30% olmalıdır. Dən üçün qarğıdalı həm mexanikləşdirilmiş, həm də əl üsulu ilə yığılır. Məhsul xıırmanda qıcadan təmizlənir, qurudulur və çeşidlənir.

Əgər hər hansı bir torpaq mülkiyyətçisi Zaqatala Zona Təcrübə Stansiyasında yetişdirilən məhsuldar və rayonlaşdırılmış Zaqatala 68, Zaqatala 514 və Zaqatala Yaxşılaşdırılmış  sortlarından 1 hektar əkmiş olsalar və onun becərilməsinə, vegetasiya müddətində tələb olunan bütün  aqrotexniki tədbirlərini yerinə yetirməklə 600 manata qədər xərc çəkmiş olarlar. Qeyd olunan qarğıdalı sortlarının hər hektarından 70-100 sentener arasında məhsul götürmək mümkündür. Orta hesabla hər hektardan 80 sentener  məhsul götürməklə torpaq mülkiyyətçisi bir min manat gəlir əldə edər ki, onun da 40%-ni xalis gəlir təşkil edir.

Torpaq mülkiyyətçisinə tövsiyə olunur ki, yüksək məhsul almaq üçün yuxarıda qeyd olunan aqrotexniki tədbirlərin yerinə yetirilməsinə və məhsuldar qarğıdalı sortlarının əkininə daha çox meyl göstərsinlər.

Toz sürmə

Əlamətləri: Xəstəlik sünbül və dənləri zədələyərək orada qaramtıl toz halında sünbülün səthinə yayılır. Odur ki, sünbüldə dən əvəzinə toz əmələ gəlir. Xəstəliyə tutulmuş bitki zəif inkişaf edir, boyu qısa qalır, məhsul az və keyfiyyətsiz olur.

Yayılması : Xəstəliyin əsas mənbəyi toxum və sahədə yerə tökülmüş toz sürmənin sporları olan dənlər və bitki qalıqları hesab edilir.

Sürmə xəstəliyi toxumla birgə cücərib çiçəkləmə fazasında sünbül üzərində qara ləkələr əmələ gətirir. Bu xəstəliyin sporlarıdır ki, məhz onlarda xəstəliyi yayırlar. Yaxud da xəstəliyə tutulmuş bitkilər külək, k/t maşınları, həşəratlar və adamlar vasitəsi ilə başqa bitkiləri yoluxdurur. Xəstəliyin inkişafına rütubət müsbət təsir göstərir.

Aqrotexniki mübarizə: Xəstəlik toxumdan başladığı üçün səpin üçün sağlam və keyfiyyətli toxum əldə edilməlidir. Xəstəliyə davamlı sortlar seçilməlidir. Bərk buğda sortları yumşaq buğda sortlarına nisbətən bu xəstəliyə daha tez tutulurlar.

Kimyəvi mübarizə: Buğdanın toz sürmə xəstəliyinə qarşı səpindən 3-4 gün qabaq toxumlar dərmanlanmalıdır. Hər ton toxumu dərmanlamaq üçün aşağıdakı dərmanlardan istifadə edilir.

Vitovaks 2,5-3 kq/ton

Dvident star 1 kq/ton

 Raksil 400 qram/ton

Dinit DS 1,5 kq/ton

Hər ton toxumu dərmanlamaq üçün göstərilmiş miqdarda preparatdan biri 10 litr su ilə qarışdırılır və toxuma çilənir. Vegetasiya dövründə xəstəlik müşahidə olunarsa, mübarizə məqsədi ilə Topsin 1,5 kq/ha preparatlarından istifadə etmək olar.

Bərk Sürmə

Əlamətləri: Bu xəstəliyə dənin süd yetişmə fazasında rast gəlinir. Xəstəliyə tutulmuş bitkilər zəif inkişaf edir, sünbüllərin rəngi dəyişir və boyu kiçik qalır. Dənin daxilində sürmə inkişaf etdiyi üçün dən əmələ gəlmir.

Yayılması: Xəstəliyin mənbəyi toxum və bitki qalıqlarında qalmış sporlar hesab edilir. Həmin sporlar kombaynla toxum döyülərkən sağlam toxumları yoluxdurur. Dənlə birlikdə torpağa duşub cücərir və sünbülü sirayətləndirir. Xəstəliyin inkişafına rutubət müsbət təsir göstərir.

Aqrotexniki mübarizə: Əsasən sağlam toxum materialı seçilməli, bərk sürmə xəstəliyi olan sahələrdən toxum götürülməməlidir. Xəstəliyə qarşı davamlı sortlardan istifadə edilməli, sahə bitki qalıqlarından təmizlənməli, növbəli əkin dövriyyəsi tətbiq edilməlidir.

Kimyəvi mübarizə: Buğdanın bərk sürmə xəstəliyinə qarşı hər ton toxum səpinə 1,5-2 ay qalmış aşağıdakı adları çəkilən preparatların biri ilə dərmanlanmalıdır:

Vitovaks 2,5-3 kq/ton

Dvident star 1 kq/ton

Raksil 400 qram/ton

Dinit DS 1,5 kq/ton

Göstərilən norma 10 litr suda həll edilərək toxuma çilənir.

 

Sarı pas

Əlamətləri: Xəstəlik bitkilərin yarpaqlarını, yarpaq qoltuqlarını və sünbülü zədələyərək, açıq sarı ləkələr əmələ gətirir. Xəstəlik ilk dəfə aşağı, sonra isə yuxarı yarus yarpaqlarına keçir. Bitki zəif inkişaf edir və az məhsul, verir.

Yayılması: Xəstəliyə yoluxma bitki qalıqları və yabanı taxıl fəsiləsi bitkiləri vasitəsilə baş verir.Havanın rütubəti artıqda bu xəstəlik inkişaf edir; çiçəkləmədən sonra xəstəliyin inkişafı zəifləyir.

Aqrotexniki mübarizə: Sahə bitki qalıqlarından təmizlənməli, növbəli əkin tətbiq edilməlidir. Səpin üçün xəstəliyə davamlı sortlardan və mineral gübrələrdən istifadə olunmalıdır. Taxıl əkiləcək sahələrdə dərin şum aparılması, sahənin yenidən pərşum olunması zərərvericinin azalmasına şərait yaradır.

Kimyəvi mübarizə: Vegetasiya dövründə xəstəlik müşahidə olunarsa, aşağıdakı preparatların birindən istifadə etmək olar:

Cineb 4 kq/ha

Topsin 1,5 kq/ha

Antrakol 2,5 kq/ha

Qonur pas

Əlamətləri: Xəstəlik buğdanın yarpaqlarını zədələyərək qonur ləkələr əmələ gətirir, xəstəliyin təsirindən bitkilər zəif inkişaf edir, su balansı pozulur və məhsuldarlıq aşağı düşür.

Yayılması: Qonur pas xəstəliyi mitsel halında yerə tökülmüş dənlərdə və bitki qalıqlarında qışlayır. Rütubət və alaq otları xəstəliyin yayılmasını sürətləndirir.

Mübarizə: Sarı pas xəstəliyində olduğu kimidir.

 

ZƏRƏRVERİCİLƏR

 

Şıqqıldaq böcəyi (Məftil qurdu)

 

Zədələnən bitki: Taxıl, pambıq, tərəvəz və s.

Zədələnən hissə: Kök, cücərtinin kök boğazı, cücərti, toxum

Həyat tərzi və inkişafı: Böcəklər şıqqıldaq böcəyi və süfrəsi isə məftil qurdu adlanır. Sürfələr sarımtıl, yaxud qəhvəyi rənglidir. Zəif inkişaf etmiş 3 cüt döş ayaqları var və əllə çox çətinliklə əzilir. Bu zərərvericinin inkişafı çox zəif gedir. Bir nəslin inkişafı 3-5 ilə başa çatır. Aprel-iyul aylarında yumurta qoymağa başlayır. Rütubətli illərdə daha çox ziyan vurur. Sürfə və böcək halında qışlayır. Bir dişi böcək 60-200 ədəd yumurta qoya bilir. Cücərtilərin kök sistemini, kök boğazını və hətta toxumu yeyib məhv edir. Yayın axırında puplaşır, 15-20 gündən sonra yetkin böcəklər çıxmağa başlayır və qış yuxusuna gedir. Bu zərərvericinin ən qorxulu cəhəti odur ki, polifaq zərərvericidir. Yəni əksər kənd təsərrüfatı bitkiləri ilə qidalanır və zərər vurur.

Aqrotexniki mübarizə: Sahə bitki qalıqlarından təmizlənməli, şumdan sonra əlavə olaraq pərşum aparılması, bu zərərvericinin azalmasına səbəb olur. Məftil qurdu ilə az zədələnən bitkilər növbəli əkinə daxil edilməlidir, (məs. paxla)

Kimyəvi mübarizə: Səpin qabağı toxum materialı 22% heptaxlorla 6-8 litr 1 ton toxum hesabı ilə dərmanlanmalı, əlavə olaraq bazudin preparatından 25 kq hesabı ilə səpinlə birgə torpağa verilir

 

Sümürtkən böcəyi

Zədələnən bitki: Buğda, arpa

Zədələnən hissə: Dənlər, cücərtilər

Həyat tərzi və inkişafı: Böcəklərin qışlamaları torpaqda sürfə fazasında gedir, sürfələrin inkişafı 22 aya başa çatır. Sürfələr adətən körpə cücərtilərin kök boğazını və gövdəsini yeyir. May ayının axırı iyunun əvvəlində torpaqda puplaşır. 2 həftədən sonra onlar pupdan çıxaraq yetişmiş taxıl sahələrinə daraşırlar. Cavan böcəklər süd mum yetişmə dövründə dənlərlə qidalanır. Qidalanma zamanı böcəklər sünbülü başı ilə eşir və bunun nəticəsində dənlərin bir qismi yerə tökülür. Hər böcək həyatı boyu 7- 8 q-a qədər dəni yerə tökür.

Aqrotexniki mübarizə: Dərin şum, sahənin bitki qalıqlarından təmizlənməsi və s. həyata keçirilməlidir. Kimyəvi mübarizə: Dənə dolma mərhələsində zərərvericiyə qarşı aşağıdakı preparatlardan istifadə olunur. Dərmanlama məhsul yığımına 25-30 gün qalmış dayandırılmalıdır.

Xlorofos 1-2 kq/ha

Karate 0,2 kq/ha

Desis 0,3 kq/ha

Ziyankar bağacıq

Zədələnən bitki: Buğda, arpa, vələmir

Zədələnən hissə: Zoğ, dən

Həyat tərzi və inkişafı: Yetkin bağacığın bədəninin uzunluğu 9-12 mm-dir. Erkən yazda martın axırları və aprelin əvvəllərində temperatur 9-11 dərəcə olduqda bağacıqlar qış yuxusundan oyanır.

Bundan sonra erkək və dişi böcək məhv olur. Əvvəlcə süfrələr bitkinin şirəsini sormağa başlayır və süfrələr bir az böyüdükdən sonra sütül dənlərin şirəsini sormağa başlayır. Ziyankar bağacıq ildə bir nəsil verir.

Aqrotexniki mübarizə: Taxıl biçildikdən sonra dərhal dərin şum aparılmalı, sahə bitki qalıqlarından təmizlənməlidir.

Kimyəvi mübarizə: Zərərli bağacığa qarşı kimyəvi mübarizə sümürtkən böcəyində olduğu kimidir.

 

Çöl siçanı

Hazırda respublikamızda taxıllara siçan və siçana bənzər gəmiricilər güclü ziyan vurur. Xüsusilə də boz tarla siçanı çox qorxuludur.

Aqrotexniki mübarizə: Siçan və digər gəmiriciləri məhv etmək üçün, onların yaşayış şəraitini pisləşdirmək üsullarından biri də aqrotexniki mübarizədir. Bunlara aiddir: sahənin dərin şumlanması, bitki qalıqlarının sahədən kənarlaşdırılması, payız-qış aylarında mədəni əkin və otlaq sahələrinin suvarılmasıdır.

Kimyəvi mübarizə: Bu məqsədlə aldadıcı yemlərdən istifadə olunur.

Aldadıcı yemin hazırlanması: Yaxşı təmizlənmiş 1 kq buğda dəni bir qaba tökülüb azca pörtlədilərək onun üzərinə 20 - 30 q günəbaxan yağı və 20 - 30 q sink-fosfid zəhərinin tozu əlavə edilib qarışdırılır. Hazırlanmış zəhərli dəndən siçan yuvalarının içərisinə 8-12 ədəd qoyulur və ağzı örtülür. Aldadıcı yemi 3 gündən artıq saxlamaq olmaz.

Mal-qaranı qidalı yemlərlə təmin etmək üçün yem noxudunun əhəmiyyəti böyükdür. Bu bitkinin dənində 28% zülal, 50% nişasta, 100 kq dənində isə 115 yem vahidi vardır. Noxudun yaşıl otundan mal-qaranın, xüsusilə də sağmal inəklərin və körpə buzovların yemləndirilməsində daha çox istifadə olunur. Dəni isə yarma edilərək qüvvəli yemlərin tərkibinə qarışdırılır.

Noxudun vegetasiya dövrü qısadır. Səpindən 30 gün sonra optimal şəraitdə boyu 50-60 sm-ə çatır. Yaz səpinində sortdan asılı olaraq 60-80 günə yetişir. Noxud 16 dərəcəyə qədər şaxtaya dözür. Toxumları isə 1-2 dərəcə istilikdə cücərir. Kök sistemi yaxşı inkişaf

edir. Quraqlığa bir qədər davamlıdır. Noxud növbəli əkinlərin əsas bitkiləri olan dənli taxıl, tərəvəz üçün çox yaxşı sələfdir. Vegetasiya dövründə kökləri vasitəsilə bir hektar sahədə havadan 100 kq- a qədər sərbəst azot toplayır ki, bu da 20 ton peyini əvəz edir. Suvarma şəraitində əkin sahəsindən bir ildə 2 dəfə məhsul götürmək olar. Vegetasiya dövrünün qısalığını nəzərə alaraq, noxudun aralıq bitki kimi becərilməsi olduqca əhəmiyyətlidir.

Noxudu payızda, yazda və təkrar səpinlərdə becərmək olar. Noxuddan sideral bitkisi kimi də (yaşıl gübrə) istifadə etmək olar. Bu iqtisadi cəhətdən sərfəlidir. Əgər noxuddan bu məqsədlə istifadə edilərsə, dənli taxıl bitkilərinin məhsulu hektardan 7-8 sentner, tərəvəz bitkilərinin məhsulu isə 8-10 sentnerədək artar. Bir ildə 2 dəfə yem noxudu becərilən sahədə isə dənli taxıl və tərəvəz bitkilərinin məhsuldarlığı müvafiq olaraq 14-20 sentnerədək arta bilər (torpağı azotla zənginləşdirdiyi üçün).

Becərilməsindən və iqlim şəraitindən, aqrotexnikanın tətbiqindən və sortdan asılı olaraq hektardan 300- 500 sentner yaşıl kütlə alınır. Dən üçün səpildikdə isə hektardan 20-30 sentner məhsul götürülür. Payızlıq arpa və yazlıq vələmirlə qarışıq səpinindən çox yaxşı komponent alınır.

Noxudun yaz səpini üçün şum payızda, payız səpini üçün isə may-iyun aylarında, təkrar səpin üçün isə səpindən 1 ay əvvəl aparılır. Şumun dərinliyi torpağın mexaniki tərkibindən asılı olaraq 27-30 sm dərinlikdə aparılmalıdır. Birinci şumdan sonra sahədə alaq otlarını məhv etmək və torpağın dənəvərliyini təmin etmək üçün 18-16 sm dərinlikdə 2 dəfə kultivasiya aparmaqla, səpin qabağı torpağa dişli mala çəkilməlidir.

Birinci şumdan sonra hektara fiziki çəki hesabı ilə 300-500 kq fosfor, 100- 150 kq kalium gübrələri verilməlidir. Cücərti alındıqdan sonra 18-16 sm dərinlikdə kultivasiya aparılmalıdır.

Azərbaycanın dağlıq və dağətəyi rayonları üçün yem noxudunun “Azərbaycan 1508”, “Azərbaycan 1528” və aran rayonları üçün “Viktoriya ” sortları rayonlaşdırılmışdır.

Toxum səpindən 1-2 ay əvvəl mövcud  laboratoriyada analiz edilməlidir. Onun təmizlik dərəcəsi, cücərmə qabiliyyəti tələblərə cavab verməlidir.

Yem noxudunun toxumu standarta görə aşağıdakı göstəricilərə tələb verməlidir:

Siniflər üzrə sort təmizliyi, %-lə

Siniflər üzrə cücərmə qabiliyyəti, %-lə

Nəmlik həddi, %-lə

I

II

III

I

II

III

14

99.5

98

95

95

85

80

Bəzən iqlimin və becərmənin təsirindən asılı olaraq toxumların cücərmə qabiliyyəti 96- 98 %-ə qədər yüksələ bilir.

Toxum xəstəlik və zərərvericilərə qarşı səpindən 20-30 gün əvvəl dərmanlanmalıdır. Bir ton toxum 2 kq “Bayleton” və ya 1,5-2 kq “Vitavaks”la dərmanlanmalıdır. Yüksək məhsul almaq üçün isə toxumlar “Nitragin”lə dərmanlanmalıdır. Odur ki, 0,5 litr Nitragini bir hektara səpiləcək toxuma çiləmək lazımdır. Nitraginlə dərmanlama, əvvəlki dərmanlamadan 15- 20 gün sonra aparıla bilər.

Payız səpini avqust ayının 15-dən noyabr ayının 1-nə qədər aparmaq olar. Səpin ilk növbədə dağlıq və dağətəyi və sonra aran ərazilərdə aparılmalıdır. Bu tədbir mal-qaranı erkən yazda yaşıl yemlə təmin edir. Yaz səpini aran rayonlarında mart ayının birinci ongünlüyündə, dağətəyi ərazilərdə ikinci ongünlüyündə, dağlıq ərazilərdə isə üçüncü ongünlüyündə aparılmalıdır. Noxudun təkrar səpini iyun ayının əvvəlindən iyul ayının 10-a qədər aparmaq olar. İqlim şəraitindən asılı olaraq səpinlər 5-15 gün gec aparıla bilər.

Səpin norması xırda toxumlu sortlar üçün hektara 100-120 kq, iri toxumlu sortlar üçün isə 250-300 kq götürülməlidir. Toxumlar cərgə arası 70 x 15 sm sxemi ilə cərgəli aqreqatlarla aparıla bilər.

Noxud yaşıl yem üçün çiçəkləmə fazasında adi ot biçən maşınla traktora qoşularaq biçilir. Bitkinin çiçəkləməsi və dənlərin yetişməsi aşağıdan yuxarıya doğru gedir. Aşağıdakı paxlaların dənləri toxum üçün keyfiyyətli olur. Noxudun yığılmasına ciddi məsuliyyətlə yanaşmaq lazımdır. Yetişən paxlalar tez açıldığına görə yığım vaxtı çox itki olur. Biçini bitkinin aşağı hissəsindəki paxlalar saralmağa başladıqda, səhər tezdən sübh vaxtı JBA-3,5 markalı otbiçən maşınla apardıqda yaxşı nəticə verir. Biçilmiş kütlə müxtəlif markalı taxıl kombaynları ilə döyülür. Bu vaxt döyən qovşağın dekasını aşağı salmaq və barabanın dövrlər sayını 700- 600 dövr dəqiqəyə endirmək lazımdır. Döyüm belə aparıldıqda dənlərin zədələnməsi 3% -ə endirmək olur. Əks təqdirdə dənlər 30-35% zədələnir.

Yonca həm payızlıq, həm də yazlıq bitkilər qrupuna aid olduğundan birinci il onun payız və həm də yaz əkinlərindən toxum götürmək olur. Payız səpinində toxumların yetişməsi üçün, yaz səpininə nisbətən təxminən 2 dəfəyə qədər artıq vaxt sərf edilir və bunun da nəticəsində qış mövsümündə bitkidə çoxlu miqdarda qüvvətli və qida maddələri ilə zəngin kök sistemi (15-25 sm) yaranır. Bu isə toxum verən gövdələrin və bir paxlada toxumların sayının artmasına səbəb olur. Buna görə də payızlıq əkinlər gümrah olur, nəticədə  yaşıl kütlə və toxum məhsulu artır.

Payız səpini üçün ən yaxşı vaxt sentyabrın 10-dan oktyabrın 20-dək olan dövrdür. Həmin müddətdən gec səpildikdə yonca qışı pis keçirir. Yoncanın yazlıq səpini isə payızdan qaldırılmış şumda keçirilməklə 15 fevraldan 10 martadək başa çatdırılmalıdır. Yonca istiliksevən bitki olduğu üçün onun əsasən aran rayonlarında becərilməsi məqsədəuyğundur.

Səpin üçün ayrılmış toxum yüksək reproduksiyalı, 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum  dərmanlanmalıdır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Yeraltı suların torpaq səthinə yaxın olduğu bölgələrdə, torpaqların şoranlaşma təhlükəsi vardır, odur ki, bu ərazilərdə yoncanın başdan-başa üsulla əkilməsi tövsiyə olunur. Yeraltı suların dərində olduğu ərazilərdə isə şoranlaşma təhlükəsi yoxdur. Odur ki, həmin bölgələrdə yonca səpinlərinin cərgəvi üsulla keçirilməsi yaxşı nəticə verir.

Yonca bitkisinin köklərində olan fır bakteriaları bitki ilə müştərək  həyat sürürlər (bitkinin azotla təmin etməklə yanaşı özləridə bitki ilə qidalanırlar). Torpağın 50sm-liyində  olan  kök qalıqlarında  təqribən 300 kq-a qədər mineral azot olur.

Göstərilənlərlə əlaqədar yonca bitkisi yalnız 1-ci il azota  tələb göstərir. Sonrakı ilə bitki özünün azot qidası ilə tam təmin etdiyindən onun azot qidasına ehtiyacı olmur. Odur ki, yalnız birillik yonca əkinlərinə ilk inkişaf dövrlərində 40-50 kq t.e.m. hesabı ilə azot gübrəsi verilir.

Fosfor və kalium gübrələri isə payızda və  yaxudda yazda şum altına tədbiq edilir. Bu zaman fosforun  hektara t.m.h-ı ilə norması  60-90 kq, kalium norması isə 45-60 kq olmalıdır.

Yonca əkilmiş sahələrdə rütubət 80-90% həddində saxlanmalıdır. Suvarma norması hektara təxminən 3000 m3-dir.

Torpaq-iqlim şəraitindən  asılı  olaraq yonca   biçininə iyunun 10-20-si  arasında başlanılır. Ən optimal müddət isə  bitkinin  inkişaf fazaları  üzrə  qönçələmə  fazasının  sonu, çiçəkləmənin  əvvəlidir.

Yay aylarında  çalınmış ot 7-9 saata  quruyur. Keyfiyyətli quru ot  əldə etmək üçün   yoncanı  səhərçağı  çalmaq  və əlverişli  hava şəraitində  həmin  gün də  təqribən 1700-da yığmaq lazımdır. Saat 12-dən sonra  çalınmış  otu  isə  ertəsi  gün səhər  saat 10-da yığmaq  olar.

Məhsuldarlığa  təsir edən  elementlərdən  biridə  çalım hündürlüyüdür. Elmi  araşdırmalarla  çalım   hündürlüyünün  optimal  variantlarına dair  aşağıdakılar  müəyyən edilib:

  • Çalım torpaq səthindən 14-15 sm hündürlükdə  aparıldıqda itki 15-16%;
  • 10-12 sm hündürlükdə  aparıldıqda 11-13%;
  • 6-8 sm hündürlükdə  aparıldıqda isə 7,9% təşkil edir.

Odur ki,  axırıncı  variant  məqbul hesab edilir.

Fitonomus böcəkləri (yonca uzunburunu) tünd-boz rəngli, uzunluğu 4,5-6,0 mm olmaqla, yonca sahələrində, su arxları və yol kənarlarında bitki qalıqlarının altında qışlayır.

Aqrotexniki mübarizə. Növbəli əkin tətbiq olunur, erkən yazda sahə diskli mala ilə malalanır. Zərərvericinin çox yayıldığı sahələr yalnız ot məqsədilə biçilir.

Kimyəvi mübarizə. Zərərvericinin müşahidə olunduğu sahələrdə Karate (0,15l/hek), Desis (0,7-1,0 l/hek) preparatları istifadə oluna bilər (toxumluq sahələr üçün).

Qonur ləkə və bakteriozlar yoncanın yarpaqlarını, onun saplağını və gövdəsini zədələyir. Bu xəstəliklər dağətəyi rayonlarda, xüsusilə temperatur nisbətən aşağı (8-120C), nəmlik bir qədər çox olan yerlərdə daha intensiv inkişaf edir

Mübarizə tədbiri:

-Səpin qabağı toxum materialının dərmanlanması

-Toxumluq məqsədilə saxlanılan yonca sahəsində kimyəvi mübarizə, hektara 20-30 kq kükürd preparatı ilə tozlama aparılır.

Kök çürüməsi. Nəmlik çox olan rayonlarda xəstəlik daha çox ziyan vurur. Ot məhsulu çalındıqdan sonra sahədən götürülməsi ləngidikdə xəstəliyin vurduğu ziyan artır, bu da məhsulun azalmasına səbəb olur.

Mübarizə tədbirləri. Sahədə nəmliyin çox toplanmasının qarşısı alınmalı, xəstəliyin çox yayıldığı sahələrdə çalımdan sonra 1%-li Bordo mayesi ilə çiləmə aparılmalıdır.

Pas xəstəliyi iyun-iyul aylarında şiddətli inkişaf edir. Xəstəliyin təsirindən zəif düşən bitkinin toxum məhsuldarlığı 30-60%-ə qədər azalır.

Mübarizə tədbirləri. Xəstəliyin ilk əlamətləri göründükdə 25%-li Tilt preparatı ilə (0,5 l/hek) çiləmə aparılmalıdır. Mübarizənin yalnız toxumluq sahələrdə aparılmasına icazə verilir.

  • Qabalaşır (yığım vaxtı gecikdikdə)
  • Yarpaqlar və qönçələr kütləvi şəkildə tökülür;
  • Kiflənir (normal qurudulmadıqda);
  • Xoşagəlməz iy əmələ gəlir;
  • Xarici görünüşünü itirir (yanıq əmələ gəldiyindən);
  • Yemləndirmədə zəhərlənmələrə səbəb olur.

1. Otun vaxtında çalınması:
Yoncanı çiçəkləmə dövründə çalmaq lazımdır. Yonca gec çalındıqda bitkilərin tərkibi pişləşir və quru yonca otunun keyfiyyəti azalır. Tam aqrotexniki qaydada yoncanın çalınması sahədə qönçələmə 90-95% olduqda aparılmalıdır. Çünki bu dövr bitkilərin ən qiymətli və qidalı dövrü hesab olunur.

2. Nümunəvi qurutma:
Çalınmış otun qurudulmasında məqsəd otu uzun müddət normal saxlamaqdan ibarətdir. İtkilərin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun qurudulması müddətini minimuma endirmək lazımdır. Yoncanı qurudan zaman qiymətli qida maddələri ilə ən zəngin olan yarpaqların saxlanmasına, tökülməməsinə çalışmaq lazımdır. Yoncanın sahədə qurudulması zamanı onun tez-tez çevrilməsinə çalışmaq lazımdır, əks halda otun altında qalan bitkilər artıq rütubətin və qızışmanın nəticəsində məhv olur, ot isə kiflənərək öz keyfiyyətini itirir.

3. Otun tayalara yığılması qaydası və saxlanması:
Hazırlanmış ot ancaq səhərlər, yaxud da axşam çağı, havada nəmlik yüksək olduqda tayalara vurulmalıdır ki, itkiyə yol verilməsin. Məlumdur ki, otun əsas qida maddələri yarpaqlardadır. Ot tayalara vaxtında yığılmadıqda yarpaqlar tökülür və ot keyfiyyətsiz hala düşür. Ot tayalara yığılarkən bərabər qaydada yığılıb tapdanmalıdır. Ən yaxşı saxlama üsulu quru otun anbarlarda və çardaqlarda saxlanmasıdır. Çünki bu üsulla saxlanmış otun tərkibində, tamında və rəngində dəyişiklik əmələ gəlmir. Təcrübə göstərir ki, düzgün qurudulub tayalara vurulmuş yonca otu təbii rəngini, ətrini, yarpaqlarını, çiçəklərini, saflığını və keyfiyyətini yaxşı saxlayır.

Yadda saxlamaq lazımdır ki, otun keyfiyyətli surətdə toplanması və saxlanması onun satışında Sizə əlavə olaraq 30% qazanc gətirə bilər.

Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabliyyətinə malikdir. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib, yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qarğıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2-3 dəfə az su tələb edir. O çox qidalı bitkidir, tərkibində 70% nişasta,12% zülal,3,5% yağ vardır. Sorqo bitkisindən 800- 900 sen yaşıl kütlə, 30-35 s dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dən artıq olur.

Sorqo bitkisi üçün torpağın becərmə üsulu, vaxtı və əsas şumun dərinliyi torpaq- iqlim şəraitindən, sələflərdən və torpağın alaqlanma dərəcəsindən asılı olaraq dəyişir. Payızda sələflərin məhsulu toplanana kimi sahə 27-30sm dərinliyində şumlanır və şum altına 2-3 sen superfosfat gübrəsi verilir. Sonra tarla iki istiqamətdə eninə və uzununa malalanır. Suvarılan torpaqlarda ehtiyat nəmlik yaratmaqdan ötrü yanvar, fevral aylarında sorqo əkiləcək torpaqlar qış aratına qoyulur. Səpinqabağı sahələr üzdən yumşaldılır və malalanır.

Səpinə bir neçə gün qalmış toxumun keyfiyyəti yoxlanılmalıdır. Ümumiyyətlə, toxumların cücərmə qabiliyyəti 90% və bundan yuxarı olduqda səpmək məsləhətdir. Sorqo bitkisi istiliyə daha tələbkar olduğundan torpağın 0-10 sm dərinliyində 13-14° sabit istilik yarandıqda səpmək lazımdır. Toxumların basdırılma dərinliyi yüngül torpaqlarda 6-8 sm, ağır torpaqlarda isə 4-6 sm olmalıdır. Səpin SPÇ-6, SUK-24 markalı və digər toxumsəpən maşınlarla aparılmalıdır.

Sorqo bitkisindən yüksək məhsul götürməyin əsasını təşkil edən aqrotexniki tədbirlərdən biri də səpin normasının düzgün təyin edilməsidi. Səpin norması bitkilərin qida sahəsinin dəyişməklə onun su, hava, işıq və başqa yaşayış tərzini də dəyişdirir. Yaşıl yem üçün hektara 20-22 kq, dən üçün 18-20 kq, toxum səpmək tövsiyə edilir. Aqrotexniki tədbirlərlə yanaşı, bitkinin qida sahəsi məhsuldarlığa təsir göstərir. Sorqonun cərgəarası 60 sm, bitki arası məsafə 15-20 sm olmaqla hər yuvada bir bitki saxlamaqla səpmək tövsiyə edilir.

Sorqo bitkisinin məhsuldarlığı səpin müddətindən çox asılıdır. Onların toxumları torpaqda 10-14° istilik olduqda yaxşı cücərir. Məhz buna görə də aran rayonlarında sorqonu aprel ayında, dağətəyi rayonlarda isə may ayında səpilməsi optimal səpin müddəti hesab olunur.

Sorqo əkinlərinə qulluq işləri yüksək keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirilməsi məhsuldarlığa böyük təsir göstərir. Əkinlərə qulluq alaqları məhv etməkdən, hava, qida, istilik və rütubətlə bitkinin tam təmin etməkdən ibarətdir. Bitkilərdə 3-4 yarpaq əmələ gələndə sahədə seyrəltmə aparmaq lazımdır.

Sorqodan yüksək dən və yaşıl yem əldə etməkdən ötrü sahələrə ən azı 3-4 dəfə kultivasiya çəkilməlidir. 1-ci kultivasiya bitkilərdə 3-4 yarpaq əmələ gəldikdə, 12-14 sm dərinlikdə, 2-ci kultivasiya 6-8 yarpaq əmələ gəldikdə 8-10 sm dərinlikdə, 3-cü kultivasiya isə 6-8 sm dəldikdə aparılmalıdır. Bitkilərin boyu 80-90 sm-ə çatdıqda becərmə işləri dayandırılmalıdır. Sorqo bitkisində keyfiyyətli yem süd-mum fazasında əldə edilir. Ona görə də sorqo bitkisini süd-mum fazasında toplamaq daha məqsədə uyğundur.

Sorqonun yaşıl yeminin tərkibində zülallı maddələrin miqdarını artırmaq məqsədilə birillik paxlalı bitkilərlə (yem paxlası və soya ilə) qarışıq əkmək daha faydalıdır. Qarışıq əkinlərdə komponent bitkilərin yetişmə müddətlərinin eyni vaxta düşməsi başlıca şərtdir. Qarışıq əkinlərdə torpağın becərilmə üsulu, vaxtı, əsas şumun dərinliyi sorqonun yazlıq səpinlərində olduğu kimidir. Səpin toxumsəpən maşınla aparılır. Qarışıq əkində, sorqo səpildikdən sonra, eyni xətlə komponent bitki səpilir. Hər hektara sorqonun səpin norması 18-20 kq, soya isə 80 kq götürülür. Səpindən sonra sahələr şırımla suvarılır. Tam çıxış alnıdıqdan sonra sıx əkilmiş sahələr 3-4 yarpaq əmələ gəldikdən sonra seyrəldilir. Sorqonun qarışıq əkinlərdən keyfiyyətli yaşıl yem almaq üçün sahələrə 3-4 dəfə kultivasiya çəkilməlidir. Paxlalı bitkilərin çiçəkləmə fazasında kultivasiya dayandırılmalıdır.

Qarışıq əkinlərdə yaşıl yem üçün sorqonu süpürgə əmələgəlmə və paxlalıları isə çiçəkləmə fazasında toplamaq lazımdır. Həmin fazalarda istər sorqo, istərsə də paxlalı bitkilər yaşıl, şirəli və maksimum qidalı olur. Odur ki, çalışmaq lazımdır ki, hər iki komponent bitkidə həmin fazalar eyni vaxta düşsün.

Sorqonun dən üçün vaxtında yığılmasının çox əhəmiyyəti vardır. Dənin yığım vaxtı gecikdirdikdə onun tərkibində quru maddə azalır, cücərmə qabiliyyəti xeyli aşağı düşür. Məhz buna görə də dən üçün məhsul yığımına dənin nəmliyi 25-30% olduqda başlamaq lazımdır.

Əsas becərməyə torpağın dərin şumlanması (dondurma şumu), arat və torpağın hamarlanması daxildir. Şumdan əvvəl sahələrə fiziki çəkidə 400 kq fosfor və 50 kq kalium gübrəsi və   5-10 ton peyin verilir. Şum ön kotancıqlı kotanlarla 30-32 sm dərinlikdə aparıldıqda daha yaxşı nəticə verir. Bu zaman torpağın qida maddələri ilə zəngin, 10-15 sm qalınlıqda olan üst təbəqəsi aşağı çevrilir, torpağın qida maddələri az olan 15-20 sm-lik aşağı təbəqəsi səthə qaldırılır və becərmə, gübrələmə və digər amillərin təsiri nəticəsində bu qat torpağın münbit təbəqəsinə çevrilir. Şum yalnız küz üsulu ilə, sahənin mailliyinə köndələn istiqamətdə aparılmalıdır.

Torpaqda rütubət ehtiyatı yaradılması, duzların aşağı qatlara yuyulması, pambıq sovkası puplarının məhv edilməsi, cücərtilərinin erkən və bir vaxtda alınması üçün qış və yaxud da yaz aratı aparılır. Yuyulma tələb etməyən zəif şorlaşmış bütün torpaqlarda qış aratı (hektara 1500-1800 m3), qalan torpaqlarda isə yaz aratı (hektara 1300-1500 m3) aparılmalıdır. Şumlanıb malalanmış tarlalarda bir-birindən 60-90 yaxud 120 sm məsafədə olan 18-20 sm dərinlikdə şırımlar çəkiləndən sonra arata başlanır.

Qış aratını dekabrın 1-dən fevralın 1-dək keçirmək lazımdır. Aratın yuma əhəmiyyətini də nəzərə alaraq kollektor-drenaj şəbəkəsi normal işləyən sahələrdə hər hektara 2500-3000 m3 su verilə bilər. Bütün sahə bərabər nəmlənməlidir. Yaz aratına martın 15-20-də başlanılmalı və  aprelin 5-dək başa çatdırılmalıdır.

Səpinqabağı becərmə işləri malalamadan başalyır. Səpinə optimal müddətdə, yeni torpağın 8-10 sm-də temperaturun +12+14C-də sabitləşdiyi vaxt başlamaq olar. Çiyid səpini cərgəvi üsulla, 2 sxemdə 60 və 90 sm cərgəarası qoyulmaqla hər hektara 50-60-kq  toxum norması ilə aparılır.

  1. Darcərgəli səpin üsulu 60 sm x 12-15
  2. Gencərgəli səpin üsulu 90 sm x 8-10

Arata səpin zamanı çiyid 4-5 sm dərinliyə basdırılmalıdır. Səpin dövrünün əvvəllərində çiyid dayaz, sonralar isə nisbətən dərinə basdırılır. Səpindən sonra suvarılacaq (səpsuvar) sahələrdə toxum 3-4 sm dərinliyə səpilir.

Çiyidin torpaqda inkişafını təmin etmək məqsədilə səpinlə eyni zamanda hektara 100 kq dənəvər superfosfat və 200 kq ələkdən keçirilmiş peyin qarışığı verilməlidir. Gübrə və peyin qarışığının bitki tərəfindən daha yaxşı mənimsənilməsi üçün onlar cərgədən 5-7 sm yana, 10-12 sm dərinə basdırılmalıdır. Səpinlə birlikdə birillik alaq otlarına qarşı mübarizə üçün 25-30 sm dərinliyə, zolaqlara herbisid (stomp 0,3 l/hek) verilir. Səpində rayonlaşmış sortlardan (AZNİXİ-195, Gəncə-2, Gəncə-8, Gəncə-78, Gəncə-80, Gəncə-103, Gəncə-110-dan) istifadə edilməlidir.

Ağır mexaniki tərkibli torpaqlarda vaxtında və sağlam cücərtilər almaq üçün ən etibarlı texnologiya çiyidin tirələrə səpilməsidir. Bu zaman səpindən sonra düşən yağmurun əksər hissəsi şırımlara axır, tirələrdə əmələ gələn qaysaq nazik olur ki, bu da cücərtilərin torpağın səthinə çıxmasına maneçilik törətmir. Tirələr torpağın üst qatının hesabına düzəldiyindən yüksək münbit olmaqla normal nəmliyə malik olur və torpaq yaxşı qızır. Tirələrin düzəldilməsi QX-4 tirədüzəldən aqreqatı ilə həyata keçirilir. Payızda 60 və ya 90 sm ara məsafəsi olan 22-25 sm hündürlükdə tirələr düzəldilir, şırımlarla qış və ya yaz aratı aparılır.

Torpaqdakı rütubəti qorumaq, havalanmanın normal getməsi, zərərli duzların səthə çıxmaması, köklərin inkişafını təmin etmək və alaq otlarını məhv etmək məqsədilə cərgələrdə cücərtilər görünəndə kultivasiya çəkilməsinə başlanılır.  Bu zaman kök çürüməsi xəstəliyinin də qarşısı alınır. Bu tədbir gecikəndə bitkilərin inkişafı ləngiyir, məhsuldarlıq aşağı düşür.

Birinci kultivasiya 6-8 sm dərinlikdə nizamlanır. Suvarma dövrünə qədərki sonrakı kultivasiyalar 10-12 sm dərinlikdə aparılır.

Ucvurma müddəti bitkinin inkişafına və sahənin münbitliyinə görə müəyyən edilir.  Güclü inkişaf edən bitkidə 15-16, orta münbit torpaqlarda yaxşı inkişaf edən bitkidə 12-14, zəif inkişaf etmiş bitkilərdə 10-12 bar budağı olduqda ucvurma aparılmalıdır. Təqvimə görə bu tədbir təqribən iyulun 20-dən avqustun 10-dək olan müddətə düşür.

Ucvurma əl ilə, mexaniki və kimyəvi üsulla aparılır. Bitkilərin əsas gövdəsinin ucu əl ilə 1-2 sm , maşınla 3-4 sm kəsilir. Pambıq kolları çox şaxələnərsə yan boy budaqlarının da ucu vurulur.

Kampozan preparatının (1,5 l/hek) tətbiqi qozaların formalaşmasını sürətləndirməklə onların daha tez və eyni vaxtda açılmasına, yığım müddətinin iki həftə qısalmasına şərait yaradır.

Qrunt suları dərində yerləşən yüngül torpaqlarda əkinləri tez-tez suvarmaq, suvarmanı erkən başlamaq və gec qurtarmaq lazımdır. Belə torpaqlar çiçəkləməyə qədər 1-2 dəfə, çiçəkləmə və bar əmələgətirmə dövründə 3-4 dəfə suvarılmalıdır. Rütubət tutumu çox olan (ağır mexaniki tərkibli torpaqlarda) sahələrdə pambıq az suvarılır, suvarmaya bir qədər gec başlanır və tez başa çatdırılır.

Vegetasiya dövründə yüngül mexaniki tərkibli torpaqlarda hər hektar sahəyə 700-800, orta mexaniki tərkibli torpaqlarda 900-1000, ağır mexaniki tərkibli torpaqlarda isə 1000-1200 m3 su sərf olunur.

Pambıq şırımlarla suvarılır.  Sukeçirmə qabiliyyəti zəif olan torpaqlarda şırımın uzunluğu 200-350 m, orta dərəcədə olan torpaqlarda 100-150 m və sukeçirmə qabiliyyəti yüksək olan torpaqlarda isə 60-100 m götürülməlidir. Cərgəarası məsafə 60 sm olduqda şırımın dərinliyi 15-18 sm, 90 sm olduqda isə 18-22 sm götürülə bilər.

Azot gübrəsi səpinqabağı, səpinlə birlikdə və qönçələmə mərhələsində yemləmə şəklində hektara 100 kq tətbiq edilir. Səpinlə birlikdə hektara 100 kq fosfor gübrəsi, 200 kq çürümüş və ələnmiş peyinlə qarışdırılaraq cərgələrdən 5-7 sm aralı, 10-12 sm dərinliyə verilir. Çiçəkləmə mərhələsinin əvvəlində fosfor və peyin qarışığı ilə əlavə yemləmə verilir. Kalium gübrəsi isə qönçələmə mərhələsində, xüsusilə vilt xəstəliyi olan sahələrə hektara 50 kq verilməsi nəzərdə tutulur.

Pambığa ən çox ziyan vuran həşərat pambıq sovkasıdır.  Pambıq sovkası pup halında torpaqda qışlayır və o, 3-4 nəsil verir. Pambığa onun 1-ci və 2-ci nəsli ziyan vurur. 3-cü nəslin inkişafı sentyabr ayına düşür.

Sovkanın 1-ci nəslinin inkişafı pambığın qönçələmə fazasına təsadüf edir, iyun ayından başlanır və iyul ayının 3-cü ongünlüyünə qədər davam edir. 2-ci nəslin inkişafı iyulun 3-cü ongünlüyündən avqust ayının axırına kimi davam edir. Kiçik yaşda olan tırtıllar çiçəkləri yeyir, qönçələri deşir. Sovkaya və digər zərərvericilərə qarşı aqrotexniki tədbir kimi 30-32 sm dərinlikdə şum, arat və yuma aparılmalıdır.

Sovkanın birinci nəslinə qarşı 100 bitkidə 5-6 kiçik yaşlı tırtıl, yaxud 20-25 zədələnmiş qönçə və 15-20 yumurta, ikinci nəslinə qarşı 10-12 kiçik yaşlı tırtıl, yaxud 35-40 zədələnmiş qönçə və 35-40 yumurta olduqda kimyəvi mübarizəyə başlamaq lazımdır. Kimyəvi mübarizədə yüksək səmərə verən karate (0,5 kq/hek), massulban (0,5 kq/hek) və s. preparatlardan istifadə olunur.

Xırda (0,3-0,5 mm) və təhlükəli zərərvericidir.  Zərərverici yarpağın, qönçə, çiçək, qozalar və qoza yanlığının alt tərəfindən şirə sormaqla qidalanır. Hörümçək gənəciyi ildə 15-18 nəsil verir.

Şoran torpaqlarda da yüksək məhsuldarlığa (500-600 sen/ha) və güclü kök sisteminə malik olan sorqo bitkisi öz yerüstü və kök sistemi ilə torpaqdan xeyli miqdarda zəhərli duzları kənarlaşdırır.

Sorqo və digər duzluluğa davamlı bitkilər öz vegetasiyası dövründə bir hektardan 1.0-1.4 tona qədər zərərli duzları mənimsəyir ki, onun bir hissəsi bitkinin yerüstü kütləsi  ilə sahədən kənarlaşdırılır, bir hissəsi isə bitkinin kökləri çürüdükdən sonra suda həll olaraq torpağın dərin qatlarına yuyulur. Odur ki, şoranlığın ləğvi və onun yenidən bərpa olunmasının qarşısını almaq üçün duzu yuyulmuş şoran torpaqlar boş saxlanılmamalı, fermerlər həmin sahələrdə duzluluğa davamlı bitkilər, o cümlədən sorqo əkini keçirməlidirlər.

Sorqonun 50-dək yabanı və becərilən növləri məlumdur. Bunlardan dənlik sorqo, şəkərli sorqo, süpürgəvari sorqo və s. Sorqo istisevən bitki olduğu üçün toxumları torpaqda 10-12o sabit istilik olduqda cücərir.

Sələf bitkisi yığıldıqdan sonra torpaq səpinə hazırlanmalıdır. Bu məqsədlə  hektara təsir edici maddə hesabı ilə 50-60 kq fosfor və 60 kq kalium gübrəsi verilərək əsas şum keçirilməlidir.

Sorqo bitkisinin məhsuldarlığı səpin müddətindən çox asılıdır. Aran bölgələrində sorqo aprel ayında dağətəyi rayonlarda isə may ayında səpilməlidir. Sorqo suvarılan bölgələrdə 2 müddətdə səpilir: yazda və gövşənlikdə- dənli bitkilərin məhsulu yığıldıqdan sonra.

Sorqodan yüksək məhsul götürməyin əsasını təşkil edən aqrotexniki tədbirlərdən biri də səpin normasına düzgün əməl edilməsidir. Səpin norması bitkilərin qida sahəsini dəyişməklə onun su, hava, işıq və başqa yaşayış tərzini də dəyişdirir. Yaşıl yem üçün hektara 20-22 kq, dən üçün 18-20 kq toxum səpmək tövsiyə olunur.

Yüngül torpaqlarda 6-8 sm, ağır torpaqlarda isə 4-6 sm olmalıdır. Səpin SPG-6, SUK-24 markalı və digər toxum səpən aqreqatlarla aparılmalıdır.

Sorqo əkinlərinə qulluq işləri yüksək keyfiyyətlə, vaxtlı-vaxtında yerinə yetirilməsi məhsuldarlığa böyük təsir göstərir. Əkinlərə qulluq göstərilməsi alaqları məhv etməkdən, hava, istilik və rütubətlə bitkini tam təmin etməkdən ibarətdir. Bitkilərdə 3-4 yarpaq əmələ gələndən sonra seyrəltmək lazımdır. Sahələrə ən azı 3-4 dəfə kultivasiya çəkilməlidir.  1-ci kultivasiya bitkilərdə 3-4 yarpaq əmələ gəldikdə,  12-14 sm dərinlikdə,  2-ci kultivasiya 6-8 yarpaq əmələ gəldikdə , 8-10 sm dərinlikdə, 3-cü kultivasiya isə 6-8 sm dərinlikdə aparılmalıdır. Bitkilərin boyu 80-90 sm-ə  çatdıqda becərmə işləri dayandırılmalıdır.

Bitkiyə yüksək aqrotexniki qulluq zamanı eyni sahədə bir ildə iki dəfə çalım aparmaq (məhsul götürmək) mümkündür. Birinci çalım səpindən 60 gün sonra , 25-30 gün sonra  isə ikinci çalım məsləhətdir. Birinci çalımdan sonra sahədən məhsul dərhal götürülməli və sahə suvarılmalıdır. Yaşıl yem üçün sorqo süd-mum yetişkənliyi dövründə yığılması tövsiyə olunur. Bu zaman vahid sahədən qida maddələri çıxımı daha yüksək olur. Aran bölgələrdə sorqodan 600-700 sentner, dəmyə şəraitdə isə 300-500 sentner yaşıl kütlə məhsulu götürmək mümkündür.

Kartof bitkisinin ən geniş yayılmış xəstəliklərindən fitoftoroz, xərçəng, dəmgil, makrosporoz, solma, qaraayaq, həlqəvi çürümə, virus və s. xəstəlikləri göstərmək olar.

Bu xəstəliklərdən Respublika ərazisində ən çox fitoftoroz, makrosporoz və dəmgil daha çox yayılmışdır.

Fitoftoroz- ən çox may-iyun aylarında müşahidə olunur. Törədicisi phtophthore  intestans göbələyidir. Bu göbələklər bitkinin həm yerüstü, həm də kök yumurtalarını xəstələndirir. Xəstəliyə tutulmuş yarpaqların alt tərəfində və gövdədə tünd qəhvəyi nöqtələr əmələ gəlir. Ləkələr inkişaf edərək zaman-zaman böyüyür. Nəmlik artdıqda ləkələrin ətrafı kif zolaqlarla əhatə olunur. Kartofun yumrularında isə tünd şabalıdı, azacıq batıq ləkələr görünür. Bu ləkələr yumruların içərisinə daxil olur və yumrular tünd qəhvəyi rəng alıb çürüyür.

Xəstlik 130 C-də  inkişafa başlayır. 35-400 C-də istilik göbələyə məhvedici təsir göstərir. Xəstəlik  zoosporlarla yayılır. Onlar anbarda toxumdan toxuma keçir. Yağmurlu havada xəstəlik sürətlə inkişaf edir. Xəstəliyə tutulmuş bitkinin yarpaqları qruyur və tökülür. Nəticədə məhsuldarlıq 25-30, bəzi hallarda isə 40 faizə qədər aşağı düşür.

Aqrotexniki tədbirlərə ciddi əməl olunmaqla sağlam toxum materialından istifadə olunmalıdır. Kimyəvi mübarizə məqsədilə Antrokol, Poliram və s. preparatlarından biri ilə 1,75 kq/ha normasında çiləmə aparılmalıdır. Xəstəliyin inkişafından asılı olaraq çiləmə 4 dəfəyə qədər aparıla bilər. Fenoram  preparatı isə hər ton toxuma 1,8-2,0 kq normasında dərmanlanmalıdır.

Makrosporioz- kartof əkilən təsərrüfatların əksəriyyətində yayılıb. Xəstəliyi solani göbələyi törədir. Xəstəliyə tutulmuş yarpaqlarda və gövdələrdə müxtəlif ölçülərdə tünd qəhvəyi-dairəvi ləkələr əmələ gəlir. Torpaqda kalium çatışmadıqda xəstəlik bitkiyə daha güclü sirayət edir. Yağmurlu illərdə xəstəlik nəticəsində bitkinin yarpaqları quruyur və tökülür, məhsuldarlıq kəskin şəkildə aşağı düşür.

Aqrotexniki qulluq işlərinə ciddi əməl olunmalı, sağlam toxum materialı əkilməlidir. Bu xəstəlik alaqlar vasitəsi ilə yayıldığından, sahə alaqlardan təmizlənməlidir.

Kimyəvi preparatlardan Antrakol 1,1kq/ha, 1%-li bordo mayesindən və digər preparatlardan istifadə oluna bilər.

Dəmgil- Xəstəliyinin beş növü vardır. Adi dəmgil, qara dəmgil, səpgili dəmgil, gümüşü dəmgil və qabarıq dəmgil.

Dəmgil xəstəliyinin ən çox yayılan növü qabarıq dəmgildir.

Bu xəstəliyi şüalı göbələkləri törədir. Göbələyin mitselləri 22-27 dərəcə istilikdə daha yaxşı inkişaf edir.

Xəstəlik  yalnız kartofun yumrularını zədələyir. Xəstəliyə tutulmuş sarımtıl və ya sarı-qonur qabarıq yaralar əmələ gəlir. Xəstəliyi törədən göbələklər kartof yumrularında torpaqda və bitki qalıqlarında yaşayır.

Torflu və turş torpaqlarda xəstəlik müşahidə olunmur. Əsasən yüngül və qumsal torpaqlarda əkilmiş kartof sahələrinə çox ziyan dəyir.

Xəstəliyə qarşı mübarizə məqsədilə davamlı və sağlam toxumdan istifadə olunmalı, aqrotexniki tərbirlərə normal əməl olunmalı, kimyəvi mübarizə məqsədilə toxum materialının hər tonuna 0,5-1,0 ka fundazol və ya 1,8-2,0 kq Fenoram  preparatlarından biri işlədilməlidir.

Kolorado böcəyi: 7-16 mm uzunluğunda yuxarısı qabarıq, sarı və ya sarı-boz rəngli böcəkdir. Respublika ərazisində geniş yayılıb.

Qanadlarında 10 ədəd zolaq, ön tərəfin üst hissəsində 11 ədəd qara ləkə var. Ortadakı ləkələr iridir və V hərfinə oxşayır. Böcəklər yetkin mərhələdə torpağın 18-70 sm dərinliyində qışlayır. Yazda torpağın istiliyi 14-16 dərəcəyə çatdıqda böcəklər qışlamadan çıxıb badımcan, pomidor və s. badımcançiçəklilərin yarpaqları ilə qidalanır. Dişi fərdlər yarpaqların alt tərəfində topa halında (12-80 ədəd) yumurta qoyur. Onların hər biri orta hesabla 400-700 hətta 2400 ədəd yumurta qoyur. Yumruların inkişafı 5-17, süfrələrin inkişafə isə 16-34 gün çəkir. İldə böcəklər 1-3 nəsil verir. Böcəklər kartof bitkisinin yarpaqlarını tam şəkildə yeyərək çox güclü zədə vurur. Əgər zərərvericiyə qarşı mübarizə aparılmasa kartof əkilmiş sahədə 70-80 faiz məhsul itkisi baş verər.

Mübarizə məqsədilə kiçik fermer təsərrüfatlarında mexaniki üsulla böcəkləri toplamaq olar.

Kimyəvi mübarizə məqsədilə ilə 0,1%-li Nurelli, 0,4%-li Karate preparatlarının biri ilə çiləmə aparılmalıdır. Böcəklər tam məhv olana qədər çiləməni təkrarlamaq lazımdır.

Məftil qurdu- Şıqqıldaq böcəklər fəsiləsinə mənsubdur. 10 mindən artıq növü var. Kənd təsərrüfatı bitkilərinə ziyan vurur. Rəngi müxtəlif olur. Uzunluğu 20 mm çatır. Əsasən çiçəkləyən bitkilərlə qidalanır. Yetkin böcəklər az ziyan vurur. Tırtıllar isə çox təhlükəlidir. Torpağın altında yaşayır. Tırtıllar 10-30 mm uzunluğunda sarı, sarı-qəhvəyi rəngdə olur. Yeni əmələ gəlmiş kartof yumrularını zədələyir.

Zədələnmiş yumrular çürüyür. Dənəvər yüngül və nəmliyi az olan torpaqlarda daha çox inkişaf edir. Məftil qurdları ən çox may ayının sonundan iyul ayının birinci öngünlüyünə qədər təsadüf olunur. Mübarizə tədbirləri kimi torpağın aqrotexniki becərilməsinə ciddi fikir verilməlidir.

Kimyəvi mübarizə məqsədilə “Priban-25” 2,0 kq/ha, Drubsan 1,5 kq/ha normasında çiləmə aparılır.

Danadişi- Azərbaycanda adi danadişi növü geniş yayılıb. Qonur rəngdədir. Bədəni qızılı-boz tüklərlə örtülmüşdür. Əsasən nəm və çürüntünün miqdarı çox olan torpaqlarda olur. Təhlükəli gəmiricidir. Yetkin formalarının üstündə qanadları olur. Uzunluğu 50-60 mm-ə çatır. Qışı təzə yumurtadan süfrə formasında və yaşlı nəsil formasında torpağın 25-30 sm dərinliyində və ya peyin çürüntüsü olan yerlərdə keçirir.

Adətən torpağın altında yaşayan fərdlər 100-400 ədəd yumurta qoyur. Yumurtalar 2-2,5 mm uzunluğunda, oval formasında olur. Yumurtaların inkişafı 10-17 gün çəkir. Yumurtadan çıxmış süfrələr erkən yazdan başlayaraq veqetasiya müddətində tərəvəz, bostan bitkilərinin toxum və yeni cücərtilərini gəmirərərək çox güclü zərər verir. Zərərvericiyə qarşı mexaniki və kimyəvi mübarizə aparmaq olar.Mexaniki mübarizə kimi sahədə 50 sm dərinliyində payız fəslində quyu qazılır və içərisinə peyin doldurulur. Peyinin altına yığılmış danadişilər qışda məhv edilir.

Kimyəvi mübarizə aparmaq üçün aldadıcı yemlərdən istifadə olunmalıdır.

Bu məqsədlə “Lutadion” 6 kq/ha, “Priban-25” 2 kq/ha və s. preparatlardan istifadə olunması məqsədəuyğundur.

Texniki üzüm sortları: Rkasiteli, Bayan şirə, Mədrəsə, Həməşərə, Qara burun və s.

Süfrə üzüm sortları: Ağ şanı, Qara şanı, Mələyi, Kardinal, Kişmiş və s.

Yanvar: Yazda yeni əkiləcək tinglər üçün sahənin şumu qaldırılır. Sahəyə peyin və mineral gübrələr daşınır. Suvarılan sahələrdə qış suvarılması aparılır. Köhnə sahələrdə seyrəkliyin aradan qaldırılması, şpalların təmir edilməsi aparılır.

Fevral: Üzümlüklərdə quru budama aparılmaqla yanaşı, quru bağlama və müalicə işlərini vaxtında aparmaq üçün dərman preparatları tədarük edilir. Zərərverici və xəstəliklərin qışlayan fərdlərinə qarşı mübarizə aparılır. Bu zaman 1%-li DNOK və ya 2-3%-li nitrofen preparatından istifadə etməklə çiləmə aparılır.

Mart: Bu ay ərzində tinglərin budanması, üzümlərə forma verilməsi işləri başa çatdırılır. Yeni üzümlüklər və tinglər əkilir. Dağətəyi və dağlıq rayonlarda zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır.

Aprel: Üzümlüklərə gübrə verilməsi, tənəklərin bağlanması, çatışmayan tinglərin əkilməsi, kəsilmiş zoğların kənar edilməsi, cərgə aralarının şumlanması işləri başa çatdırılır.

May: Tənəyin ştampı və qolları üzərində yaşıl zoğlarm uzunluğu 8-10 sm-ə çatdıqda harami zoğların vurulması (yaşıl zoğlarm qoparılması) işi aparılır. On gün sonra yaşıl zoğların bağlanması işi aparılır.

İyun: Dağlıq və dağətəyi yerlərdə üzüm tənəklərinin gec çiçəklədiyi sahələrdə zoğ ucları vurulması və zoğların bağlanması əməliyyatı aparılır.

İyul-avqust: Suvarılan sahələrdə güclü boya malik olan zoğlar inkişaf etdiyindən biclərin qoparılması əməliyyatı aparılır.

İyulun sonunda ən tez yetişən süfrə sortları yığılır və aqrotexniki işlər davam etdirilir.

Sentyabr: Üzüm dəriminə 10-15 gün qalmış suvarma işləri dayandırılır.

Oktyabr: Üzüm dərimi başa çatdırılır. Seyrəkliyi ləğv etmək üçün təmir işi aparılır. Cərgə aralarına peyin verilir və cərgə araları yumşaldılır.

Noyabr-dekabr: Bu ayda cərgə aralarının şumlanması işləri davam etdirilir. Yarpaq töküldükdən sonra üzümlüklər dərmanlanır, mineral gübrələr şumun altına verilir və qış suvarılması işlərinə başlanılır. Beləliklə, üzüm təsərrüfatlarında aqrotexniki qaydalara düzgün riayət etməklə yüksək məhsul əldə etmiş olarıq.

Vegetasiya dövrü başlanan zaman tənəyin bar barmaqlarındakı gözcüklər-dən, çoxillik ştambdan və kök boğa-zındakı yatmış tumurcuqlardan zoğlar əmələ gəlir. Bar barmaqlarındakı gözcüklərdən məhsullu, çoxillik hissələrdəki yatmış tumurcuqlardan əmələ gələn zoğlar əksərən məhsulsuz olur. Odur ki, yaşıl budama zamanı hər tənəkdə olan barsız zoğların hamısını qoparmaq olmaz. Tənəyin ştabında və çoxillik qollar üzərində yatmış tumurcuqlardan çıxan haramı zoğlar qoparılmalı, ştambın əvəz olunması lazım gələrsə, haramı zoğlardan biri seçilib saxlanılmalıdır. İkiillik bar barmaqlarının gözcüklərindən əmələ gələn barsız zoğların hamısını qoparıb atmaq tənəyin böyümə və inkişafına mənfi təsir göstərir. Ümumiyyətlə, barsız zoğları qopararkən tənəyin bioloji xüsusiyyəti, tənəyin forması, qüvvəsi və saxlanmış bar barmaqlarındakı gözcüklərin açılma faizi, barlı zoğların sayı nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, barsız zoğlarda bitki həyatı üçün üzvü maddələr toplayır. Odur ki, barlı-barsız zoğlar sortun bioloji xüsusiyyətinə görə müəyyən nisbətdə məsələn kişmişi sortunda 2:1 və 1:1 nisbətində, «Bayanşirə» üzüm sortunda 1:2 nisbətində saxlanılması məhsuldarlığı xeyli artırır.

Tənəklərdə zoğların ucunun qoparılması onların böyümə sürətini müvəqqəti olaraq (təxminən 12-15 gün) dayandırmaqla qida maddələrinin tənəyin generativ orqanlarına axmasına səbəb olur. Zoğların ucunun qoparılması məhsul artımına və üzümün yaxşı yetişməsinə səbəb olur. Bu tədbir çiçəkləmədən 4-7 gün qabaq aparılır. Torpaq-iqlim şəraitindən, sortun bioloji xüsusiyyətlərindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq, çiçək topasından yuxarı 2-5 yarpaq saxlamaqla bar zoğlarının ucu qoparılır.

Təcrübələrlə sübut olunmuşdur ki, öz-özünü tozlayan sortlarda zoğların ucunun qoparılması məhsuldarlığı 10-20 faiz, bəzi sortlarda «Saperavi» və «Rkasteli» üzüm sortlarında hətta 30 faiz artırır. Zoğların ucunun vaxtında qoparılması məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır, həmçinin tənəyə qulluq işləri asanlaşır və gələcəkdə bol məhsul alınmasının bünövrəsi qoyulur.

Məhsuldarlığı yüksəldən aqrotexniki tədbirlərdən biri də üzümlüklərin süni və əlavə tozlandırılmasıdır. Dişi funksional çiçək tipinə malik olan «Tavkveri», «Ağ şanı» və «Xatını» üzüm sortlarında süni tozlama aparılmadıqda məhsuldarlıq aşağı olur.

Ümumiyyətlə, istər funksional dişi tipli, istərsə də ikicinsli çiçək qrupuna malik olan üzüm sortlarında süni və əlavə tozlama nəticəsində təbii iqlim şəraitindən və sortun bioloji xüsusiyyətindən asılı olaraq, məhsuldarlıq 20-40 faiz artır. Funksional dişi tipli çiçək qrupuna malik olan üzüm sortlarının təbii olaraq çarpaz tozlanması üçün iki- cinsli çiçək qrupuna malik olan üzüm sortları ilə qarışıq əkilməsi səmərəlidir və bu vaxt əlavə tozlanmaya bir o qədər ehtiyac olmur. Təbii-iqlim şəraiti və sortun bioloji xüsusiyyətləri nəzərə alınmaqla tozlanmanın səmərəsini artırmaq məqsədi ilə böyük üzümlük şəraitində vertalyotlardan eləcə  də külək yaratmaq məqsədi ilə ventilyatorlu çiləyicilərdən də istifadə etmək olar.

Üzümlüklərin barvermə müddətini və məhsuldarlığını artıran amillərdən biri sahənin düzgün seçilməsidir. Buna görə də sahə seçilərkən torpağın strukturu və münbitliyi nəzərə alınmalıdır. Yeni üzüm bağları salınarkən torpaqda olan əhəng və duzların miqdarı qrunt sularının torpaq səthindən dərinliyi, yerin relyefi və yamacların istiqaməti də nəzərə alınmalıdır.

Dağətəyi və dağlıq sahələrdə texnikanın səmərəli istifadəsi üçün sahənin mailliyi 1-120 arasında cənub və cənub-qərb yamaclarında seçilməsi daha səmərəlidir. Mailliyi 120-dən artıq olan yamaclarda üzümçülük salındıqda su torpağın münbitliyini yuyub azaldır, yəni torpaq su eroziyasına məruz qalır. Odur ki, mailliyi 120-dən yüksək olan yamaclarda tənəklər yalnız terraslara əkilməlidir.

Yeni üzüm bağları salınarkən istər düzən, istərsə də dağətəyi sahələrdə torpağın səthi düzəldilməlidir. Bağ salınacaq sahənin əhali yaşayan yerə, su mənbələrinə və işlək yollara yaxın olması iqtisadi cəhətdən səmərəlidir. Bağ salınacaq sahənin əhali yaşayan yerə su mənbələrinə və işlək yollara yaxın olması iqtisadi cəhətdən səmərəlidir. Üzümlüklər salınarkən torpaq xəritəsi mütləq lazımdır ki, torpağın nə dərəcədə yararlı olması və hüquqi baxımdan torpaq ayırma sənədlərinin düzgünlüyü dəqiqləşdirilsin.

Yeni üzümlüklər salınarkən torpaq tipinin seçilməsi tənəklərin inkişafına təsir edən əsas amillərdən biridir. Çünki, tənəyin yerüstü orqanlarının böyüməsi, bol və yüksək keyfiyyətli məhsul verməsi köklərin inkişafından asılıdır. Yeni üzümçülük salmaq üçün seçilmiş sahə əvvəlcə daş və kol-kosdan təmizlənməli, torpağın səthi hamarlanmalı, plantajdan qabaq hər hektara 30-40 ton peyin və 500-1000 kq fosfor gübrəsi verilməlidir. Bundan sonra S-100 və T-100 markalı traktora qoşulmuş kotanla 60-70 sm dərinlikdə şumlanmalıdır. Bəzi hallarda bu iş başqa gücü az olan traktorla aparıldıqda əkilmiş tinglər qısa müddətdə quruyaraq sıradan çıxır.

Plantaj 2 dövrdə - yazda və payızda tənəklərin əkilməsindən ən azı 2 ay qabaq qaldırılmalı, torpağın su eroziyasına məruz qalmaması üçün torpaq su axınının köndələninə şumlanmalıdır. Torpaq tam yatmadıqda yeni üzümlük salınması məsləhət deyildir. Əks təqdirdə istər öz kökü üstə bitən, istərsə də calaq tingin kök boğazı torpaq yatandan sonra 6-7 sm açıqda qalır və belə tinglər xarici mühitin təsiri altında quruyur.

Yeni üzüm bağlan salarkən bir qayda olaraq ting və çubuğun aqro-texnikanın tələbinə uyğun basdırılması tənəyin uzun ömürlülüyünə təsir edir. Sahədə nişanlama işləri aparılandan sonra torpaq-iqlim şəraitindən sortun bioloji xüsusiyyətlərindən aslı olaraq 1,00-1,25-1,50-1,75-2,00 metrlik nişangahlarda yerlərdə 50-60 sm dərinliyində çalalar qazılır və çalaların dibinə mineral və yerli gübrə tökülür ting və ya çubuq çalanın ortasına qoyulur və dibinə torpaq tökülüb tapdalanır, yenidən su tökülür və ting kök boğazına qədər torpaq doldurulub tapdalanır, ting və çubuğun yerüstündə qalan gözcükləri qorumaq üçün örtülməlidir. Ting və çubuq əkilmiş çalaların ətrafı da tapdalanmalıdır ki, köklərin yaxınlığında boşluq qalmasın və kök torpaqla yaxşı təmasa girsin.

Həmçinin yeni üzümlüklər salınarkən tinglərin hidroburla basdırılması üsulundan da istifadə oluna bilər. Bu zaman tinglərin kökü daha 4-5 sm qədər gödəlir, bu üsulda bitkiyə lazım olan qədər su ehtiyatı verilir və bitiş faizi artır.

Yeni salınmış üzümlüklərin tez məhsula düşməsi və tənəklərin uzun ömürlü olması becərmələrin vaxtında və aqrotexniki qaydada aparılmasından çox asılıdır. Yeni salınmış üzümlüklərdə vegetasiya dövründə yaşıl budama aparılmalı, tənəklərə əlavə yemləmə gübrəsi verilməli, suvarılmalı, cərgə aralan qara şum altında saxlanmalı, tənək dibləri dəfələrlə yumşaldılmalı, alaq otları təmizlənməli, xəstəlik zərərvericilərə qarşı mübarizə aparılmalıdır.

Vegetasiya dövründə xüsusilə Mildiu xəstəliyinə qarşı hər yağışdan sonra Bordo mayesi (göydaş), 0,2% Mikal 3-4 kq/ha, 65%-li Efal 3 kq/ha və s. biri ilə işçi məhlul 600-800 litr olmaqla çiləmə aparılmalıdır. Çiləmə təkrar olunmadıqda fotosintez prosesi zəifləyir, nəticədə tənəyin yeraltı və yerüstü orqanlarının böyüməsi normal getmir və zoğlar yaxşı yetişmədiyindən qışda onları şaxta vurması qorxusu yaranır.

Yeni salınmış üzümlüklərdə birinci ilin payızından seyrəkliyə qarşı sort qarışığına yol verməməklə tinglərin əkilməsi və tənəklərin spalerə qaldırılması və sair işlər yüksək aqrotexniki qaydalarda aparılmalıdır.

Üzüm bitkisinin xəstəlik və ziyanvericiləri məhsuldarlığı 20-30% və daha çox azaldır. Ona görə də çox və yüksək keyfiyyətli üzüm məhsulu almaq üçün bu bitkinin xəstəlik və ziyanvericilərinə qarşı ciddi mübarizə aparılmalıdır.

  • Mildium
  • Oidium
  • Boz çürümə
  • Antraknoz
  • Filloksera
  • Salxım yarpaqbükəni

Mildium:  Tənəyin ən geniş yayılmış və təhlükəli xəstəliyidir. Xəstəlik tənəyin bütün yaşıl hissələrini, yarpaqlarını, yaşıl zoğlarını, çiçək qruplarını və salxımlarını zədələyir.

Mübarizə tədbirləri kimi Aqrotexniki tədbirlərin həyata keçrilməsi nəticəsində xəstəliyin əmələ gəlməsini aradan qaldırmaq mümkündür. Yüksək ştamplı formaların tətbiqi, havalanmanın yaxşılaşdırılması, alaq otları ilə mübarizə, yaşıl əməliyyatların aparılması xəstəliyin sirayətlənməsinin qarşısını xeyli alır.

Oidium: Mildiym xəstəliyindən sonra ən qorxulu xəstəlikdir. Xəstəlik tənəyin bütün yaşıl hissələrini, çiçək qruplarını, xüsusilə gilələri zədələyir. Yarpaqlar bükülüb qıvrılır və üzərində unabənzər ləkələr əmələ gəlir. Çiçək qruplarının və yaşıl gilələrin üzəri unabənzər kif ləkələri ilə örtülür. Oidium xəstəliyinə tutulmuş gilələr birtərəfli inkişaf edir və nəticədə yetişməyə yaxınlaşan dövrdə üzərində çatlar əmələ gəlir Həmin çatlar çoxalmağa başlayır.

Boz çürümə: Xəstəlik adətən gilələri yetişmə dövründə zədələyir. Gilələrin çat və ya mexaniki zədəli yerində xəstəliyin törədicisi düşərək orada tezliklə cücərti verir və gilənin çürüməsinə səbəb olur. Göbələk qonşu gilələrə keçərək salxımın xeyli hissəsini çürüdür.

Antraknoz: Bu xəstəlik əsasən yağmurlu illərdə daha çox olur. Xəstəlik üzüm bitkisinin bütün yaşıl hissəsini zədələyir. Xəstəliyin xarakterik nişanəsi, yarpaqlardan xırda (2-3 mm) çoxlu qonur ləkələr əmələ gəlir. Sirayətlənmiş hissələr quruyub töküldüyü üçün yarpaq üzərində deşiklər əmələ gəlir. Xəstəliyə tutulmuş zoğların üzəri qəhvəyi ləkələrlə örtülür, zoğlar qaralır və yuxarı hissəsi quruyur. Yetişməkdə olan gilələrin üzərində qonur ləkələr olur.

Qeyd olunan xəstəliklərdən başqa üzüm bitkisində bakterial xərçəng, xloroz, qısa buğumluluq xəstəliklərinə də rast gəlinir.

Filloksera: Bu tənəyin ən qorxulu ziyanvericisidir. Fillokse ra 1-2 mm böyüklükdə sorucu ağız aparatına malik olan kiçik həşəratdır. İki forması - kök və yarpaq forması mövcuddur. Dişi fərdlər kök qabıqları üzərində 40-120 ədəd yumurta qoyur və 4-8 gündən sonra yeni sürfələr çıxaraq kök üzərinə daraşaraq onu deşib sormağa başlayırlar. Bir qismi torpaq üzərinə çıxaraq müxtəlif yollarla başqa sahələri və tənəkləri yoluxdururlar. İldə 6-8 nəsil verir.

Mübarizə tədbiri kimi karantin tədbirləri məsləhət görülür.  Yeni üzümlükər salınarkən fillokseraya davamlı calaqaltına malik tinglərdən istifadə edilməsi məsləhət görülür.

Salxım yarpaqbükəni: Üzümlüklərə ən çox ziyan vuran ziyanvericidir. Əsasən tırtıllar ziyan vurur. Tırtılların bədəni yaşılımtıl, ağ, bəzən boz rəngdə olub, başları sarıdır, uzunluğu 12 sm-ə çatır. Kəpənəyin qanadları boz kül rəngində olub açılan zaman 13 mm-ə çatır. Bir il ərzində 3 nəsil verir. Ziyanverici pup halında qışlayır. Yazda havanın temperaturu 10°C olduqdan 10- 12 gün sonra aprelin axırı, mayın əvvəlində kəpənəklərin ilk uçuşu başlayır. Əsasən gecələr uçurlar. Hər dişi kəpənək 100-ə qədər yumurta qoyur. Yumurta qoyulandan 8-10 gün sonra birinci nəsil tırtılları çıxır və çiçəklərin erkək və dişiciyini zədələyir. İkinci və üçüncü nəsil tırtılları gilələri deşib içərisinə girir və bir tırtıl 5-10 giləni məhv edir.

Mübarizə tədbirləri : Salxım yarpaqbükənin tırtıllarına qarşı 0,2%-li Bi-58, 0,2%-li fosforun, 0,2%-li xlorofos, 0,1%-li fastak preparatları ilə çiləmə aparmaq lazımdır.

Meyvə bağı salınarkən ilk növbədə sahə seçilməlidir. Bu bağçılığın əsas şərtlərindən biridir, ona görə ki, əkiləcək tinglər 80-100% bitiş verə bilsin, yüksək məhsuldar ya uzunömürlü olsun.

Meyvə tingləri əsasən yazbaşı fevral-mart aylarında, payızda isə oktyabr-noyabr aylarında, hava şəraiti əlverişli olarsa dekabr ayında da əkmək olar. Bağ salınarkən tingləri suvarmaq üçün su arxlarının çəkilməsini nəzərdən qaçırmaq olmaz, çünki yayın qızmar çağında buna ehtiyac çox böyükdür.

Fındıq bağı salınarkən eyni üsullardan istifadə edilir. Bir fərq ondan ibarətdir ki, hər bir çalaya 4-5 əd. fındıq kolu basdırılır və çalaya yaş peyin tökülür. Bu torpağı münbit saxlayır və inkişafa güclü təsir edir. Adətən fındıq kolları əkiləndən 3-4 il sonra bar verməyə başlayır. Yüksək məhsuldarlıq 7-8 il- dən sonra olur. Bu zaman hər fındıq topasında 25-30 budaq olur. Hər bir topa orta hesabla 15-18 kq bar verə bilir. Fındıq ağacının ən keyfiyyətli cəhəti odur ki, hər il məhsul verir.

 

Ucaboylu

Xırdaboylu

Ölçü, metrlə

Sayı, ədədlə

Ölçü, metrlə

Sayı, ədədlə

Alma

8x6

208

6x5

333

Armud

8x5

250

6x4

417

Fındıq

8x8

156

8x6

207

Meyvə bağı salındıqdan sonra işi bitmiş hesab etmək olmaz. Belə ki, tinglərin bitişinə nəzarət etmək, onların hər birinə güclü inkişaf etməsi üçün gövdə ətrafına 100-150 qr azot-fosfor-kalium (“Azofoska” Markalı kompleks gübrə N:P:K, 1:1:1) qarışığı verilməlidir.

Bağ salındıqdan sonra hər iki ildən bir dibi yumşaldılmalı, əlavə zoğlar budanmalıdır. Ağacların dibi yumşaldılarkən elə etmək lazımdır ki, dərinlik 10-12 sm-dən çox olmasın. Budama əsasən payızda, yarpaqlar töküləndən sonra, yazda isə tumurcuq açmamış aparılmalıdır. Çiçəkləmə dövründə 0,2% xlorofos; karate 0,05% çilənməlidir ki, həm də çiçəklərə ziyanvericilər ziyan verə bilməsin

Fındıq bağları üçün də budama işləri eyni ilə payızda yığımdan sonra və yazda tumurcuqlayana qədər aparılır. Quru budaqlar, qoca budaqlar kəsilib götürülür ki, güc cavan budaqlara düşsün. Fındıq bağı 8x8 ölçüdə əkilir ki, hər hektara 156 cala düşür.

Xəstəliyə qarşı 0,2%-li Metadion və Xlorofosdan istifadə olunmalıdır

Respublikamızda, meyvə bağları əsasən aşağıdakı xəstəliklərə məruz qalırlar:

Bunlar - dəmgil, unlu şeh, meyvə çürüməsi, qara xərçəng, sitosproz xəstəliklərdir.

Dəmgil - alma və armudun çiçəkləri, yarpaqları, zoğları və meyvələri tutulur.

Mübarizə tədbiri - dibi bellənir, 3%-li Nitrofen, 1%-li Dnok və ya 3-4%-li Bordo mayesi çilənməli.

Unlu şeh - bu da eynilə zoğları, çiçəkləri və meyvələri zədələyir.

Mübarizə tədbiri - 5%-li Mis Kuporosunda çimirməli və 0,8-1 %-li Kolloid Kükürd-lə çilənməlidir.

Meyvə çürüməsi - geniş yayılan xəstəlikdir.

Mübarizə tədbiri - çiçəklənmədən əvvəl 1%-li Bordo mayesi, 0,4%-li Sineb çilənməlidir.

Qara xərçəng - ağacların gövdələri, budaqları həmçinin cavan ağacların boğazında olur.

Mübarizə tədbiri - həmin hissələr təmizlənir 1-3% Mis Kuborosu, 0,1%-li Benomil, 0,1-li Topsin-M və BMK çilənməli.

Bu müalicə tədbirləri mütəmadi olaraq yazda və payızda görülməlidir ki, gələcək məhsuldarlığa

maneə törədilməsin.

Əkmə otlaq yaratmaq və az məhsuldar otları bərpa etmək üçün ot toxumlarının səpilməsi və bu zaman yerli ot sortu toxumlarından istifadə edilməsinə xüsusi əhəmiyyət verilməlidir. Bu zaman taxıl və paxlalı ot toxumlarının təmiz, həm də qarışıq səpinlərindən istifadə edilməlidir.

Aparılan çoxillik elmi-tədqiqat işləri göstərir ki, suvarma və rütubətlə təmin olunmuş torpaq-iqlim şəraitində bütün çoxillik çəmən otları yaxşı məhsul verir.

Otlaq və biçənəklərdə Zaqafqaziya xaşası, çəhrayı üçyarpaq yonca, pişik quyruğu, tonqalotu, çobantoppuzu, çəmən topalı qarışıqları səpmək olar. Orta dağ və subalp qurşağında taxıl otları ilə paxlalı ot toxumları 3:1, xaşa qarışığı olduqda 3:2 nisbətində götürülür, hər hektara 65-75 kq, xaşasız olduqda 32-38 kq toxum səpilir.

Suvarılan bölgələrdə

 

I qarışıq

Səpin norması

kq/ha

 

II qarışıq

Səpin norması

kq/ha

 

III qarışıq

Səpin norması

kq/ha

Yonca

10

Yonca

10

Yonca

10

Çobantoppuzu

8

Çobantoppuzu

6

Çobantoppuzu

8

Tonqalotu

10

Çəmən topalı

8

Çəmən topalı

10

Otlaq qaramuxu

10

Tonqalotu

8

Otlaq qaramuxu

10

Hektara cəmi:

38

Hektara cəmi:

32

Hektara cəmi:

38

 

I qarışıq

Səpin norması

kq/ha

 

II qarışıq

Səpin norması

kq/ha

 

III qarışıq

Səpin norması

kq/ha

Xaşa

40

Yonca

10

Xaşa

35

Yonca

8

Çobantoppuzu

6

Üçyarpaq yonca

10

Çəmən topalı

10

Tonqalotu

8

Çəmən topalı

12

Çəmən pişikquyruğu

10

Otlaq qaramuxu

10

Çəmən qırtıcı

10

Hektara cəmi:

68

Hektara cəmi:

34

Hektara cəmi:

67

Təmiz səpinlərdə ot növləri üzrə səpin norması torpağın mexaniki tərkibindən asılı olaraq aşağıdakı kimidir

 

 

Ot növləri

Səpin norması

(kq/ha)

Toxumların səpin                     dərinliyi (sm)

yüngül

orta

ağır

Ağ xəşəmbül Melilotus albus

14-16

2

2

1

Sarı xəşəmbül Melilotus offinalis

12-14

3

2

1

Çəmən (qırmızı ) üçyarpaq yonca T pratense

12-15

2

1

0.5

Sürünən (ağ) üçyarpaq yonca Trifolium repens

10

1.5

0.5

0.5

Yonca Medicago sativa

15

3

2

1

Xaşa Onobrychis sp

80-100

5-4

4-3

2-3

Buynuzlu qurdotu (Lotus) Lotus corniculatus

12-14

2

1.5

1

Çobantoppuzu Dactylis glomerata

14-15

2

1

0.5

Daraqsünbül ayrıq (Daraqotu) Agropyron cristatum

12

3

2

1

Qamışvari bülbülotu Phalaris arundinacea

10

3

2

1.5

Qılçıqsız tonqalotu Bromopsis inermis

18-20

3

2

1.2

Çəmən qırtıcı Poa pratensis

10

1.5

1

0.5

Qırmızı topal Festuca rubra

10

1.5

1

0.5

Çəmən topalı Festuca pratens

15-17

3

2

1

Otlaq qaramuxu Lolium perenne

15-17

3

2

1

Çəmən pişikquyruğu Phleum pratense

8-10

2

1

0.5

Sivrim əzgən Kochia prostrata

6

4-3

1-1.5

1-0.5

Ağacvari şorangə Salsola dendroides

5-10

5-3

2-3

1.5-2

Yovşan Artemisia sp

3-5

3-2

1-1.5

1-0.5

Qara saksaul Haloxylon aphyllum

8-10

5-3

2

1